Günümüzdə istifadə olunan 200-dən çox cərrahi aləti icad edən; tibb elmi haqqında 30 cildlik “Təsrif” adlı möhtəşəm əsər miras buraxdığı üçün cərrahlığın atası hesab olunan; uşağın ‘ana uşaqlığı’ndan (matka/rahim) savayı, digər hissədə də mövcud ola biləcəyi (внематочная беременность/ectopic pregnancy) haqda ilk məlumatı vermiş alim olan; xüsusən hemofiliya və digər bir çox elmi mövzularda uğurlar əldə etmiş Əbu’l-Qasim əz-Zəhravi  (ALBUCASİS | buraya tıkla, wikipediada oxu) (936-1013m) kimi müsəlman alimlərə baxaraq – öz savadını, dünya görüşünü artırmaq əvəzinə günümüzdə boş və əhəmiyyətsiz məsələlərin müzakirəsi ilə məşğul olan müsəlmanlar, “geridə qalmışlar” sözündən qurtulmaq üçün – ibrət ala bilərlər.

 

İlk şəkildə: cərrahlığın atası sayılan, Əndəluslu (Andalusia) Əbu’l-Qasim Zəhravi’nin (Albucasis; Abulcasis) indiki İspaniyanın Qurtuba (Cordoba) şəhərindəki adını daşıyan bir küçənin lövhəsini görürük. İspanlar, müsəlmanların möhtəşəm elm və mədəniyyət izlərini nə qədər kökündən silməyə çalışsalar da, Zəhravi kimi dahilərin adına bir küçə də olsa saxladılar.. Biz müsəlmanlar isə, o kişinin elmi mirası bir kənara qalsın, heç adını belə bilmirik..

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Share Button
Tarix: 24.03.2020 | Oxunma sayı: 1. 255 baxış