Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: “Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və Allahın sənə öyrətdikərini bizə də öyrədəsən”. Peyğəmbər (s.ə.s) ona dedi: “Filan gündə və vaxtda filan yerdə yığışın”. Onlar yığışdılar və Peyğəmbər (s.ə.s) Allahın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər (s.ə.s) onlara dedi: “3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən oddan xilas olunacaq”. Onların arasından bir qadın durub dedi: “Ya Rəsulullah! Bəs iki uşaq itirən?”. Qadın bu sualı iki dəfə təkrarladı. Peyğəmbər (s.ə.s) buyurdu: “Hətta 2, hətta 2, hətta2!” Əbu Hureyrə əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır. (Buxari)

Share Button
Tarix: 05.05.2011 | Oxunma sayı: 410 baxış