Adəm öz zövcəsi ilə birlikdə Cənnətdə yaşayır, oranın naz-nemətlərindən yeyib-içirdilər. Bir dəfə qadağan olunmuş ağacdan yedikdə əyinlərindəki paltarlardan xali olub yerə endirildilər.
Alimlər onların Cənnətdə neçə il qalmaları, oradan dünyanın hansı tərəfinə endirilmələri və orada övladlarının doğulub-doğulmaması barədə ixtilaf ediblər.
(Bu barədə etibarlı mənbələrdə heç bir məlumat qeyd edilməmişdir.)

Deyilənə görə hər hamiləlikdə bir qız və bir oğlan doğulurdu. Bir oğlan digər qardaşı ilə doğulan qızla evlənirdi və başqası da belə evlənirdi. Belə ki, bir bacı özü ilə bərabər doğulan (əkiz) oğlana halal edilmirdi.

—————
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı

Share Button
Tarix: 26.04.2011 | Oxunma sayı: 321 baxış