Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Üç sinif insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq və üzlərinə baxmayacaqdır:
– (müştəriyə) yalandan and içib, (guya) satdığı mala onun verdiyi puldan daha çox pul verildiyini deyən kimsə;
– axşamçağı (bayıra çıxıb) bir müsəlmanın malını mənimsəmək məqsədilə yalandan and içən kimsə;
– (cürdəyində qalmış) artıq sudan başqalarına verməyən kimsə. (Beləsinə) Allah buyuracaq: «Sən əllərinlə yaratmadığın bir şeyin artığını (başqasından) əsirgədiyin kimi, bu gün də Mən Öz mərhəmətimi səndən əsirgəyəcəm!»

(əl-Buxari 97. Kitəbut-Tövhid 24 (2369, 6892, 7446).

————–
Topladı
K. Hüseyn
H 1431 / M 2010
www.islamevi.az

Share Button
Tarix: 10.01.2011 | Oxunma sayı: 506 baxış