Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən (bir adam) gətiriləcək və Oda salınacaq. Sonra da: «Ey Adəm oğlu! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?» – deyiləcək. O da: «Xeyr! Vallahi, ya Rəbb!» – deyəcək. Sonra Cənnət əhlindən dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və Cənnətə salınacaq. Ona: «Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?» – deyiləcək. O da: «Xeyr! Vallahi, ya Rəbb! Mənə heç bir müsibət gəlmədi və heç bir sıxıntı da görmədim» – deyəcək».

(Muslim 2807 (5021, 7266).

Share Button
Tarix: 05.01.2011 | Oxunma sayı: 572 baxış