Salman (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurmuşdur: «Qiyamət günü mizan tərəzisi qoyulacaq. Əgər göylərlə yer onda çəkilsə, onlar mütləq genişlənər. Mələklər deyəcəklər: «Ey Rəbb! Bu tərəzi kimin üçündür?» Uca Allah buyuracaq: «Yaratdıqlarımdan istədiyim kimsə üçün». Mələklər deyəcəklər: «Sən paksan! Biz Sənə layiqincə ibadət etmədik». Sirat körpüsü ülgücün tiyəsi kimi qoyulacaq. Mələklər deyəcəklər: «Sən bunun üzərindən (keçməyə) kimə icazə verəcəksən?» Allah buyuracaq: «Yaratdıqlarımdan istədiyimə». Mələklər deyəcəklər: «Sən paksan! Biz Sənə layiqincə ibadət etmədik».

(Hakim 8739. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 941) səhih olduğunu söyləmişdir.)

Share Button
Tarix: 05.01.2011 | Oxunma sayı: 647 baxış