Borclu insan, borclu olduğu insan qarşısında özünü daima narahat hiss edər. Bu səbəblə də İslam, borc sahibini zülm etməməyə, səbrli davranmağa və borclu insanı sıxışdırmamağa çağırmışdır.

 

Əbu Hureyra rəvayət edir ki, Muhəmməd Peyğəmbər (ona salam olsun) buyurmuşdur:

«Heç bir xeyirli əməl etməmiş bir şəxs, insanlara borc verərdi və (borcu almaq üçün göndərdiyi) elçisinə belə deyərdi: “Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni isə (rahat) burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin”. O öldükdən sonra Uca Allah ondan soruşacaq: “Xeyirli bir əməl etdinmi?” O deyəcək: “Xeyr! Lakin, mənim bir xidmətçim var idi. Mən insanlara borc verərdim.. Borcu geri almağa göndərəndə ona belə buyurardım: “Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin”. Uca Allah buyuracaq: “Sənin (günahlarından) keçdim!”

(ən-Nəsai 4615; Sahihul-Cəmius-Sağir 2078)

 

Əbu Məsud əl-Ənsari rəvayət edir ki, Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:

“(Qiyamət günü) sizdən əvvəl yaşayan bir insan haqq-hesaba çəkiləcək, lakin xeyirxah bir iş gördüyü aşkar olunmayacaq. O, sadəcə insanlarla ünsiyyətdə olan, zəngin bir adam idi. O, öz xidmətçilərinə borcunu ödəyə bilməyən kimsəni bağışlamağı buyurardı. Uca Allah buyurdu: “Biz buna (bağışlamağa) ondan daha çox layiqik, onu buraxın (cəzalandırmayın)!

(Ədəbul-Mufrad 293)

 

 

www.islamevi.az

Bənzər Məqalələr