İbn Ömər (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) belə dediyini eşitdim: «Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, Özü onu əhatə edib qoruyaraq və: «Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bilirsənmi?» – deyə soruşacaq. Mömin: «Bəli, ey Rəbbim!» – deyə cavab verəcək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə Allah buyuracaq: «Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram». Sonra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və münafiqlərə gəldikdə isə, (onların əməllərinə) şahid olanlar deyəcəklər: «Bunlar Rəbbinə iftira yaxanlardır» – deyəcəklər. Allahın lənəti olsun zalımlara!» (Hud 18)».

(əl-Buxari 65. Kitəbul-Məzalim 2261, 2309, 2441, 6960, 7076, 7514; İbn Macə 183. )

——————
Topladı
K. Hüseyn
H 1431 / M 2010
www.islamevi.az

Share Button
Tarix: 05.01.2011 | Oxunma sayı: 538 baxış