Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: «Mən (məxsusi olaraq) inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam». Cənnət dedi: «Mənə nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?» Onda uca və ulu Allah Cənnətə buyurdu: «Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm». Sonra Cəhənnəmə buyurdu: «Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qularımdan dilədiyim kimsəyə əzab verərəm». Onların hər biri (kifayət qədər insan və cinlə) doldurulacaq. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qoyacaq və o: «Yetər, yetər!» – deyəcək. Onda o, artıq dolacaq və (içindəkiləri) qaplayacaq. uca Allah qullarından heç kəsə zülm etməz. Cənnətə gəlincə, Uca Allah onun (dolması) üçün başqa varlıqlar yaradacaq».

—————-
əl-Buxari 65. Kitəbut-Təfsir (4472, 4569, 4850); ət-Tirmizi 2561; əl-Buxari «Ədəbul-Mufrad» 554, 589.

Share Button
Tarix: 06.12.2010 | Oxunma sayı: 562 baxış