ət-Tayyib – Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Şübhəsiz ki, Allah Tayyibdir (pak və nöqsansızdır) və Tayyib olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdi. Allah buyurur: «Ey Peyğəmbərlər! təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün» (əl-Muminun 51). Yenə Allah buyurur: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin». (əl-Bəqərə172)»
(Müslim “Kitabu Zəkat” 3/85, H. 1015. )

——————–
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn
www.islamevi.az

Share Button
Tarix: 04.12.2010 | Oxunma sayı: 985 baxış