featured-image-3213

Qeybi Bilən Allahdır – Falçıya və cadugarə gəldikdə isə onların hər ikisi də Allahı inkar edənlərdir. Onlar qeybi bildiklərini iddia edirlər. Halbuki qeybi yalnız Allah bilir.

Qeybi Bilən Allahdır – Falçıya və cadugarə gəldikdə isə onların hər ikisi də Allahı inkar edənlərdir. Onlar qeybi bildiklərini iddia edirlər. Halbuki qeybi yalnız Allah bilir; “Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin indi olduğunuz vəziyyətə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah öz Peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeyləri bildirər). Buna görə də Allaha və Onun Peyğəmbərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir”. (Ali İmran 179). “De ki: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram”. De ki: “Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!” (əl-Ənam 50). “De ki: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı qorxudan və müjdələyənəm” (əl-Əraf 188). “Qeybi bilən ancaq Odur! O, qeybi heç kəsə əyan etməz”. (əl-Cinn 26). “(Ya Muhəmməd!) De ki: ”Allahdan başqa göylərdə və yerdə olanı, qeybi heç kəs bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməz¬lər!” (ən-Nəhl 65). “Sonra Süleymana ölüm hökmü verdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) Süleymanın əsasını yeyən ağac qurdu xəbər verdi. O, ölmüş halda yerə sərildikdən sonra cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar”. (Səba 14). “Qeybin açarları Allahın Əlindədir. Onları ancaq Allah bilir. Allah həm suda, həm də quruda olanların hamısını bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah ondan xəbərsiz olsun, yerin zülmətləri içində elə bir toxum, kainatda elə bir şey yoxdur ki, məhz açıq-aydın (lövhi məhfuzda) olmasın”. (əl-Ənam 59). “Qeyb aləmi ancaq Allaha məxsusdur”. (Yunus 20). “Göylərin və yerin qeybi Allaha məxsusdur”. (Hud 123).

Əgər bir kimsə kahin və sehirbazların qeybi bildiyinə iman edərsə, artıq bu əməl onu İslam dairəsindən çıxardar. İmam əl-Manavi deyir: “Kahinin yanına gələrək onun dediklərinin haqq olduğuna inanan kimsə kafir olmuşdur. ……
(Feydul Qadir” 6/23. )

Şeyx Abdul-Lətif Əli Şeyx deyir: “Hədisdə Peyğəmbər (s.a.v) buyurur: “Məndən sonra bir-birinizin boynunu vuran kafirlər kimi olmayın” və hədis: “Kim kahinin yanına gedib onun dediyini (təsdiqləyərsə) və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə, Muhəmmədə nazil olana küfr etmişdir”- bu hədislərdə söhbət əməldə olan küfrdən gedir, lakin bu əməli küfr bütə ibadət edənin, Peyğəmbəri (s.a.v) söyənin, Quranı ələ salanın küfrü kimi deyildir”.
(Rasail əl-Nəcdiyyə” 3/15. )

Şeyx Saleh Əli Şeyx — hafizahullah – deyir: “Kahinin və ya sehirbazın yanına gedərək onun dediklərinə inanan kimsənin küfrü, onu İslam dairəsində çıxardan küfrdür”- deyənlərin sözləri mübahisəlidir. 1. Hədisdə deyilir ki, belə bir kimsənin qırx günlük namazı qəbul edilmir. Bu da ona dəlildir ki, bu əməl kiçik küfrdür. Əgər belə bir kimsə kafir olsaydı onda (qırx gün) namazın qəbul olunmasının zikr edilməsinə heç bir ehtiyacı olmazdı. 2. Heç şübhəsiz ki, Allahdan qeyri kimisənin qeybi bildiyini iddia etməsi küfrdür, lakin insanların əksəriyyəti kahinlərə onların hərdən doğru xəbər vermələrinə görə inanırlar. Buna görə də əgər bir kimsə kahinin və ya sehirbazın yanına gələrək ona: “Mən sənə cinlərin səmalardan oğurladıqları qeybi sözlərə görə inanıram”- deyərsə, bu zaman İslam dairəsindən çıxmır. Bu məsələdə açıq-aydın dəlil odur ki, belə bir kimsə böyük küfr deyil, kiçik küfr etmiş olur”.
(Şərh Kitabut-Tövhid” kasset 10)

Həmçinin —
bir çox cahil müsəlmanlar elə zənn edirlər ki, kahinlərin qeybdən xəbər vermələri Allahın onlara verdiyi bir vergidir. Çünki, kahin və sehirbazlar arasında namaz, həcc edən kimsələr də vardır. Bu da müsəlmanları daha çox zəlalətə salır. Lakin Muvahhid olan bir kimsə bütün bunların şeytanın bir tələsi olduğunu anlayır. Çünki şeytan Rəbbinə and vermişdir ki, “Sənin bütün bəndələrini doğru yoldan çıxaracağam”. Sələflər deyirlər ki: “Şeytan insana doxsan doqquz xeyir qapısını açar. Lakin sonda yüzüncü həlak qapısını açmaqla onu həlak edər”. Lakin bu hədislər kahin və sehirbazların yalanını üzə çıxarmaq, onları insanlar arasında rüsvay edilməsi niyyəti ilə çalışan kimsələrə aid deyildir. Heç şebhəsiz ki, bütün bunlar elmli bir kimsə tərəfindən, haqq ilə batili ayırd edə bilən kimsə tərəfindən aparılmalıdır.

bn Teymiyyə deyir: “Lakin haqq ilə batili ayırd edəcək bir elmə sahib olan kimsənin kahini yoxlamaq, yalanını üzə çıxarmaq məqsədilə bunu edərsə, bu əməl icazəlidir”. İbn Məsud (r.a) rəvayət edir ki, biz Peyğəmbər (s.a.v) ilə birlikdə idik. İçərilərində İbn Səyyad da olan bir dəstə uşaqların yanına gəldik. Uşaqlar qaçdılar. İbn Səyyad isə oturdu. Peyğəmbərin (s.a.v) ondan xoşlanmadığı bir halı var idi. Peyğəmbər (s.a.v): “Mənim Allahın Rəsulu olduğuma şəhadət edirsənmi?”- deyə buyurdu. O: “Sən də mənim Peyğəmbər olduğuma şəhadət edərsənmi?”- dedi. Peyğəmbər : “Cənnətin torpağı nədir?”- deyə buyurdu. O: “O, yumşaq və bəyazdır, iyi isə miskdir”- dedi. Peyğəmbər : “Sən doğru dedin”- buyurdu. Peyğəmbər : “Sən nə görürsən?”- deyə buyurdu. O: “Mən su üzərində bir taxt görürəm”- dedi. Peyğəmbər : “Sən dərya üzərində İblisin taxtını görürsən. Bundan başqa nə görürsən?”- deyə buyurdu. O: “Mən bir (iki) doğru söyləyən və bir (iki) yalan söyləyən görürəm. Mənə doğru xəbər də gəlir, yalan xəbər də”- dedi. O: “Qəlbimdə sənin üçün bir şey saxladım?”- dedi. Peyğəmbər : “Nədir o!”- deyə buyurdu. O: “Duhh (Duman)”- dedi. Peyğəmbər : “Sus, həddi aşma”- dedi. Bu sözlərdən sonra Ömər (r.a) dedi: “Ya Rəsulullah! İzn ver onu öldürüm”. Peyğəmbər (s.a.v): “Əgər fikirləşdiyin (Dəccəl) bu uşaqdırsa, sən onu öldürməyə əsla nail olmayacaqsan. O, Dəccal deyilsə onu öldürməkdə sənin üçün bir xeyir yoxdur”- deyə buyurdu”.
(Muslim 2924, 2925. “Məcmuul-Fətava” 19/ 62. )

Xülasə – Kahinin yanına gələrək ondan soruşan insanlar bir neçə qrupa bölünürlər: 1) Sadəcə soruşmaq haramdır. 2) Gedir və onun dediklərinə iman edir. Bu küfrdür. 3) Sadəcə onu yoxlamaq, yalanını üzə çıxarmaq üçün soruşurlar – bu caizdir.

————–
Toplayan və Tərcümə Edən: K.Hüseyn
İxtisas Redaktoru: R. İsbarxanlı

Bənzər Məqalələr