Uca Allahın: “Peşmançılıq günü ilə qorxut!” ayəsi.

Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin belə dediyini rəvayət edir: “Qiyamət günündə ölüm bir qoç şəklində gətirilir və Cənnətlə Cəhənnəm arasında durdurular.Sonra: “Ey Cənnət əhli, bunu tanıyırsınızmı?” deyilər. Cənnətəhli başlarını qaldırıb baxarlar və: “Bəli, bu ölümdür!” deyərlər. Cəhənnəm əhlinə də: “Ey Cəhənnəm əhli, bunu tanıyırsınızmı?” deyilər. Onlar da başlarını qaldırıb baxarlarvə: “Bəli, bu ölümdür!” deyərlər. O anda Allahdan əmr gələr və ölüm qoçu kəsilər. Sonra: “Ey Cənnət əhli, əbədilik var, ölüm yoxdur! Ey Cəhənnəm əhli, əbədilik var, ölüm yoxdur!” deyilər.Bundan sonra Peyğəmbər(s.a.v) bu ayəni oxudu: “Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanınpis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!” (“Məryəm” / 39) Peyğəmbər əli ilə dünyaya işarə etdi.”

——————–
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

Share Button
Tarix: 27.11.2010 | Oxunma sayı: 605 baxış