📍Peyğəmbər şəhəri Mədinə

🟡Sarı dairə: Məscid ən-Nəbəvi (Peyğəmbər məscidi) və böyük səhabələrin məzarlarının olduğu Bəqi qəbirsanlığı;

🔴Qırmızı dairə: Quba məscidi (müsəlmanların inşa etdikləri ilk məscid);

🟢Yaşıl dairə: Uhud döyüşünün (Uhud dağında, Mədinədə məskunlaşan müsəlmanlarla, Bədr döyüşündəki məğlubiyyətin qisasını almaq istəyən Məkkə müşrikləri arasındakı, Hz. Həmzənin şəhid edildiyi döyüş) baş verdiyi ərazi;

🔵Mavi dairə: Xəndək döyüşünün (Məkkəli müşriklərlə müsəlmanlar arasındakı üçüncü və son müharibə) baş verdiyi ərazi;

🟣Bənövşəyi dairə: Qibləteyn (İkiqibləli) məscidi (Qüdsə doğru olan ilk qiblənin Kəbə istiqamətinə dəyişdirilməsi barədə olan Quran ayəsi, bu məsciddə olarkən Peyğəmbərə nazil olduğuna görə, məscidin adı bu hadisədən götürülmüşdür).

 

www.islamevi.az

Share Button
Tarix: 14.12.2021 | Oxunma sayı: 1. 887 baxış