əl-Kəbir — Bu İsim fail vəznində olub böyük deməkdir. O, hər şeydən böyükdür, hər şeydən ucadır və hər şeydən uludur. Qurani Kərimdə 6 dəfə keçməkdədir.
(Bax: Rəd 9, Həcc 62, Loğman 30, Səbə 23, Ğafir 12.)

«Əlbəttə Allah uca (ALİ) və böyükdür (KƏBİR)». (ən-Nisa 34). «O, qeybi də, aşkarı da biləndir. (hər şeydən) böyük (KƏBİR) və ucadır (MUTƏALİ)». (ər-Rəd 9). Xattabi deyir ki: «Kəbir — şanı böyük və uca olandır. Ondan başqa hər böyük olan Onun böyüklüyünün altında və kiçikdir. İnsanlar arasında Kəbir yaşı daha çox olanlar üçün istifadə edilir».

————-
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Share Button
Tarix: 05.11.2010 | Oxunma sayı: 606 baxış