Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (sallalahu aleyhi vasəlləmd) soruşdum: “Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Yenə soruşdum: “Kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Yenə soruşdum: “Kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Yenə soruşdum: “Kimə qayğı göstərməliyəm?” Dedi: “Atana! Sonra da ən yaxın və ən yaxın olanlara”.

Abdullah ibn Ömər (r.a) dedi: “Rəbbin razılığı valideynin razılığına görə, qəzəbi də valideynin qəzəbinə görədir!”

İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: “Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi. Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?” İbn Abbas (r.a) soruşdu: “Anan sağdırmı?” O: “Xeyr!”- deyə cavab verdi. İbn Abbas (r.a) dedi: “Qüdrətli və əzəmətli Allaha tövbə et və bacardığın qədər Ona yaxınlaş!”

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərdən (sallalahu aleyhi vasəlləmd) soruşdular: “Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Yenə soruşdular: “Sonra kimə?” Dedi: “Anana!” Bir də soruşdular: “Sonra kimə?” Dedi: “Anana!” (Dördüncü dəfə): “Sonra kimə?”- deyə təkrar edildikdə, dedi: “Atana!”

Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Allahın peyğəmbərinin(sallalahu aleyhi vasəlləm)  yanına gəlib: “Mənə nə edərsən?”- dedi. Peyğəmbər r: “Ananın qayğısına qal!”- dedi. O yenə soruşdu. Peyğəmbər : “Ananın qayğısına qal!”- dedi. O yenə soruşdu: Peyğəmbər r: “Ananın qayğısına qal!”- dedi. O, dördüncü dəfə soruşduqda Peyğəmbər r: “Atanın qayğısına qal!”- dedi.

Teysələ ibn Məyyas rəvayət edir ki,  Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): “Nədir o?”- deyə soruşdu. Mən dedim: “Filan, filan işi görmüşəm”. O dedi: “Bu ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə haqdan yayınmaq, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”. (Sonra) ibn Ömər (r.a) mənə dedi: “Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?” Mən: “Əlbəttə!”- deyə cavab verdim. O soruşdu: “Valideynin sağdırmı?” Dedim ki: “Bircə anam sağdır!” O dedi: “Allaha and olsun! Əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən.”
Urva (r.a): “Onların hər ikisinə rəhm edərək təvazö qanadının altına al.” (əl-İsra surəsinin 24-cü) ayəsini izah edib demişdir: “Onların istədiyinə mane olma!”

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (sallalahu aleyhi vasəlləm) belə dedi: “Övlad valideynə onun üçün etdiklərinin əvəzini heç nə ilə qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır.

Əbu Burdə (r.a) deyir ki, mən ibn Ömərlə (r.a) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kə’bəni təvaf edir və deyirdi:
Doğrusu, anamın müti dəvəsiyəm,
Dəvə qorxudulsa da qorxan deyiləm
Sonra kişi dedi: “Ey ibn Ömər! Bir de görüm, anamın mənə elədiklərinin əvəzini verdimmi?” İbn Ömər (r.a) dedi: “Xeyr! (Bu elədiyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir

Abdullah ibn Amr (r.a) dedi: “Bir kişi ata-anasını gözüyaşlı qoyub Peyğəmbərin(sallalahu aleyhi vasəlləmd) yanına gəldi ki, hicrət (cihad) etmək üçün ona bey’ət (Peyğəm­bərin (Ona Allahın salavatı və salamı olsun!) dəvətini qəbul edərək ona tabe və sadiq olma.) etsin. Peyğəmbər (sallalahu aleyhi vasəlləmdən) dedi: “Ata-ananın yanına qayıt! Onları necə ağlar qoydunsa, elə də güldür”.

Ummu Haninin (r.a) himayəsində olan Əbu Murra rəvayət edir ki, mən Əbu Hureyra (r.a) ilə birgə onun yaşadığı yerə zil-Huleyfəyə gəldim. O, yaşadığı yerə gəlib çatdıqda uca səslə çağırıb dedi: “Ay ana! Sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)!” Anası dedi: “Sənə də salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)!” O dedi: “Sən məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!” Anası dedi: “Oğlum! Sən mənə qocalığın ən düşkün çağında qayğı göstərdiyin kimi Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın!”

Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər (sallalahu aleyhi vasəlləm) üç dəfə dedi: “Sizə günahların ən böyükləri barədə xəbər verimmi?” (Əshabələr): “Əlbəttə, ya Rəsulallah!”- deyə cavab verdilər. O: “(Ən böyük günah) Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır, – deyib söykəndiyi yerdən qalxıb oturdu (və) –, yalan söz danışmaqdır”- dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, mən öz-özümə dedim: “Nə olaydı o susaydı”.

 

Əbu Tufeyl deyir ki, Əlidən (r.a) soruşdular: “Peyğəmbər (sallalahu aleyhi vasəlləm)sizə məxsusi olaraq elə bir şey ayırıb veribdirmi ki, onu başqa insanlara vermiş olmasın?” O dedi: “Peyğəmbər r başqa insanlara deyil, yalnız bizə məxsusi olaraq elə bir şey qoymamışdır. Yalnız qılıncımın qınındakı istisnadır”. Sonra o, (qılıncının qınından) bir vərəq çıxartdı. Orada yazılmışdı: “Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Yer üzündəki sərhədləri pozana Allah lənət eləsin. Valideynlərinə lənət oxuyana Allah lənət eləsin. Cinayətkara yardım edənə Allah lənət eləsin”.

Əbud-Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (sallalahu aleyhi vasəlləm) mənə doqquz şeyi tövsiyə etdi: “Tikə-tikə edilsən yaxud yandırılsan belə heç nəyi Allaha şərik qoşma. Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xata-baladan qorunmaz. Şərab içmə. Çünki o, hər bir şər əmələ açardır. Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək. Özünün haqq olduğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə.
Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (sallalahu aleyhi vasəlləmd) yanına gəlib cihada getmək istədiyini ona bildirdi. Peyğəmbər r soruşdu: “Valideynlərin sağdırmı?” O: “Bəli!”- deyə cavab verdi. Peyğəmbər r dedi: “Elə isə onlar üçün çalış”.

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (sallalahu aleyhi vasəlləm) dedi: “Zəlil oldu, zəlil oldu, zəlil oldu!” (Əshabələr) dedilər: “Kim, ya Rəsulallah?” O dedi: “Valideynləri yaxud ikisindən biri qocalanadək onlarla yaşayıb, sonra da üzlərinə ağ olub Cəhənnəmə girən kəs”.

Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər(sallalahu aleyhi vasəlləm)  buyurdu: “Kişinin öz valideynlərini söyməsi böyük günahlardandır”. (Əshabələr) dedilər: “Heç (adamda öz valideynini) söyərmi?” O dedi: “Birisini söyür, o da onun ata-anasını söyür”.

Abdullah ibn Amr (r.a) deyir ki, kişinin öz valideynlərini söydürməsi Uca Allah yanında böyük günahlardandır”.

Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər(sallalahu aleyhi vasəlləm)buyurdu: “(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmin cəzanın dünyada da) ona tezliklə verilməsi üçün (ata-anaya qarşı) azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur”.

İbn Ömər (r.a) demişdir: “Valideynləri gözüyaşlı qoymaq nankorluq və böyük günahdır”.

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərin(sallalahu aleyhi vasəlləm) belə dediyini eşitdim: “Üç növ dua var ki, onların qəbul olunmasına heç bir şəkk-şübhə yox­dur; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”.

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: “Doğulan körpələrdən beşikdə ikən ancaq Məryəm oğlu İsa – Allahın ona salavatı və salamı olsun –, və Cureycin sahibi danışmışdır”. (Əshabələr) soruşdu: “Ey Allahın peyğəmbəri! Cureycin sahibi kimdir?” O dedi: “Cureyc rahib olub. Onun bir koması var idi. O vaxtlar mal-qara otaran naxırçı onun komasının aşağı tərəfinə gələr, kənd sakinlərindən olan (pozğun) bir qadın da həmin naxırçı ilə yaxınlıq edərdi. Günlərin bir günü (Cureycin) anası gəlib: “Ey Cureyc!” deyə onu çağırdı. Bu vaxt o, namaz qılırdı. Odur ki, namazda ikən öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı (anasından) üstün tutmaq qərarına gəldi. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Anası üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Elə ki anasına cavab vermədi, anası: “Ey Cureyc! Zinakar qadınların üzünə baxmayınca Allah səni öldürməsin!”- dedi, sonra da çıxıb getdi. (Naxırçı ilə yaxınlıq etmiş) o qadını (zinadan doğulmuş) körpəsi ilə birgə padşahın yanına gətirdilər. Padşah soruşdu: “(Uşaq) kimdəndir?” Qadın: “Cureycdəndir!”- deyə cavab verdi. Padşah yenə soruşdu: “Komanın sahibimi?” Qadın: “Bəli!”- deyə cavab verdi. Padşah dedi: “Onun komasını dağıdın, özünü də yanıma gətirin!” Onun komasını yerlə yeksan olana qədər balta ilə qırıq-qırıq etdilər. Əllərini iplə boynuna bağladılar. Sonra da onu (padşahın yanına) apardılar. Cureyc zinakar qadınların yanından keçərkən onları görüb gülümsədi. Onlar da camaatın arasında ona baxırdılar. Padşah dedi: “Bilirsənmi bu qadın nə iddia edir?” Cureyc soruşdu: “Nə iddia edir ki?” Padşah dedi: “İddia edir ki, uşağı səndəndir”. Cureyc (qadına) dedi: “Doğrudanmı sən (belə) iddia edirsən?” Qadın: “Bəli!”- deyə cavab verdi. Cureyc soruşdu: “O körpə haradadır?” Dedilər: “Budur, qadının otağında!” Cureyc ona yaxınlaşıb soruşdu: “Atan kimdir?” (Körpə): “Naxırçıdır!”- deyə cavab verdi. Padşah dedi: “Komanı qızıldan düzəldəkmi?” O: “Xeyr!”- deyə cavab verdi. Padşah dedi: “Bəs gümüşdən necə?” O yenə də: “Xeyr!”- deyə cavab verdi. Padşah dedi: “Bəs necə edək?” O dedi: “Onu əvvəlki şəklinə qaytarın!” Padşah dedi: “Bəs nə üçün gülümsədin?” O: “Bildiyim bir şeyə gülümsədim, anamın duası mənə yetişdi”- dedi, sonra da (başına gələni) onlara danışdı”.

Əbu Hureyra (r.a) dedi: “Ölən adamın dərəcəsi onun vəfatından sonra bir qədər də qaldırılar. O da: “Ey Rəbbim! Bu nəyə görədir?” deyə soruşar”. (Ona) “Övladın sənin üçün dua etmişdir”- deyilər”.

Muhəmməd ibn Sirin rəvayət edir ki, bir gecə biz Əbu Hureyranın (r.a) yanında idik. O dedi: “Allahım! Əbu Hureyranı, onun anasını və onlar üçün bağışlanma diləyən kimsələri bağışla!” Biz onlar üçün bağışlanma dilədik ki, Əbu Hureyranın duası bizə də yetişsin.

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (sallalahu aleyhi vasəlləm)buyurdu: “Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır; Davamlı sədəqə yaxud fayda verən elm və ya onu üçün dua edən əməlisaleh övlad”.

İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın elçisi! Anam vəfat etmiş və heç nə vəsiyyət etməmişdir. Anamın əvəzinə sədəqə verməyim ona fayda verərmi?” Peyğəmbər r : “Bəli”- deyə cavab verdi.

İbn Ömər rəvayət edir ki, Peyğəmbər dedi: “Həqiqətən də ən gözəl yaxşılıq adamın öz atası ilə dost olmuş insanlarla əlaqələri möhkəmləndirməsidir”.

Bənzər Məqalələr