Sual: Bir nəfər bir evə köçüb. Bu evdə xəstəliklərə tutulub. Başına gələn müsibətlərin çox olması özündə və ailəsində belə bir fikir yaratdı ki, həmin ev onlar üçün bədlikdir. Belə bir səbəbdən həmin evdən köçmək olarmı?

 

Cavab: Bu kimi hallarda hər zaman “bu, mənim üçün nəhslik/uğursuzluq gətirdi” deyə düşünmək, düzgün deyildir. Yəni, bir çox digər ehtimallar aradan qalxdıqdan sonra, son olaraq bu ehtimala yönəlmək olar.

Lakin, ola bilsin ki, bəzi mənzillər, bəzi miniklər və yaxud hətta həyat yoldaşı belə – bədlik olsun. Uca Allah, Öz hikməti ilə, bu sadalananlardan birini həmin şəxsə verməklə bununla onu müəyyən qədər zərərə uğratmağı, ümumiyyətlə fayda verməməyi və yaxud buna bənzər şeylər murad edə bilər. Belə olduğu halda sözügedən mənzili satmaqda və başqa bir mənzilə köçməkdə dini olaraq heç bir xəta yoxdur. Bəlkə də Uca Allah, köçəcəyi evi onun üçün xeyir-bərəkətli edəcək. Allahın elçisinin ﷺ belə söylədiyi rəvayət olunub: “Bədlik üç şeydədir: mənzildə, qadında (həyat yoldaşında) və atda (minikdə).” Bəzi miniklər və mənzillər, sahibi üçün bədlik ola bilər. Eləcə də bəzi evliliklər belə.. Əgər kimsə bu cür vəziyyətlə rastlaşarsa, başa düşməlidir ki, bu – Uca Allahın qədəri ilə olur və onun üçün burada xeyirlər, məsləhətlər vardır. Allah, Öz hikməti ilə məsələnin bu cür olmasını murad etmişdir ki, həmin insan başqa bir yerə köçsün. Daha doğrusunu Allah bilir. 

M. S. Useyminin, “Əqidəyə dair Fətvalar”, adlı kitabından (səh. 303) istifadə olunmuşdur.

 

 

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sual vermək üçün sayta daxil olub, “Sualını bizə göndər” bölümündən istifadə edə bilərsiniz.

Share Button
Tarix: 13.02.2020 | Oxunma sayı: 1. 061 baxış