featured-image-3070

On beşinci fəsil: Kim bir əməldə Allahdan başqasını şərik qoşarsa…

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Allah-Təala buyurdu: “Mən şirk qoşulanların şirklərindən Ucayam. Kim bir əməl işlər və onda başqasını mənə şərik qoşarsa, onu və şirkini tərk edərəm.”

On altıncı fəsil: Əməlini eşitdirən və riyakarlıq edən haqda.

Abdullah ibn Abbas (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Hər kim əməlini eşitdirərsə, Allah onu eşitdirər. Hər kim riyakarlıq edərsə, Allah onun iç üzünü meydana çıxarar.”

———————-
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı