Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) Allahın: «Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz» (əş-Şura 20) – ayəsini oxuduqdan sonra dedi: «Qüdrətli və qüvvətli Allah buyurur: «Ey Adəm övladı! Mənə ibadət etmək üçün vaxt ayır, Mən də sənin qəlbini zəngin edim, səni kasıbçılıqdan qurtarım. Yox əgər belə etməsən, onda Mən sənin ürəyini dərd-sərlə doldurar, sənə üz vermiş kasıbçılığı aradan qaldırmaram».

(Hakim 3657; əl-Beyhəqi «Ədəb» 803; İbn Macə 4107, 4246. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 1359) səhih olduğunu qeyd etmişdir.)

—————
Topladı
K. Hüseyn
H 1431 / M 2010

Share Button
Tarix: 24.06.2010 | Oxunma sayı: 470 baxış