featured-image-3024

Ubeyy ibn Kəb (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «(Uca Allah buyurur): «Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O Səb'ul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir».
(İbn Hibban 775. Şueyb əl-Arnavut hədisin isnadını Muslimin şərtlərinə görə səhih saymışdır.)

Əbu Hureyra (s.a.v) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qıldığı namazda Quranın anasını oxumayan kimsənin namazı qəbul deyildir!» – hədisini rəvayət etdikdən sonra bəziləri ondan: «Axı biz imamın arxasında dururuq!» – deyə soruşdular. O dedi: «Sən onu astadan oxu. Çünki mən Peyğəmbərin  belə dediyini eşitdim: «Uca Allah buyurur ki: «Mən namazı Özümlə qulum arasında iki qismə böldüm və qulum da dilədiyini alacaqdır». Qul: «Əlhəmdulilləhi Rabbil-Aləmin!» – (Həmd olsun aləmlərin Rəbbi Allaha!) – dedikdə, Allah: «Qulum Məni həmd-səna ilə təqdis etdi» – deyir. O: «Ərrahmənirrahim» – (Mərhəmətli və Rəhmliyə) – dedikdə, Allah: «Qulum Məni təriflədi» – deyir. O: «Məliki yəumiddin» – (Haqq-hesab gününün Hökmdarına!) – dedikdə, Allah: «Qulum Məni mədh etdi» və ya «Mənə arxayın oldu» – deyir. O: «İyyəkə nə'budu və iyyəkə nəstəin» – (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) – dedikdə, Allah buyurur: «Bu, Mənimlə qulumun arasında iki hissəyə bölünəcək və o, dilədiyini alacaq». O: «İhdinəs-sıratal-mustəqim, sıratalləzinə ən'amtə aleyhim, ğeyril-məğdubi aleyhim valəddallin!» – (Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox) – dedikdə, Allah buyurur: «Bu, quluma məxsusdur və o, dilədiyini alacaqdır!»

(Muslim 395, 598, 904; İbn Hibban 1795; Əhməd 9934, 10190; ət-Tirmizi 2953; Əbu Davud 821.)

————–

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı