featured-image-3015

Yəmamə qəbiləsinin liderlərindən olan Sümamə, İslama və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a qarşı şiddətli düşmənçilik edən kəslərdən biri idi. Hicri 6-cı ilin məhərrəm ayında Müselimətul-Kəzzabın (Müseylimətul-Kəzzab Məhəmməd Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in dövründə yaşayan, özünü Peyğəmbər adlandıran bir şəxs idi. )

əmriylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a qarşı sui-qəsd etmək məqsədiylə Mədinəyə tərəf hərəkət etmişdir. O əsnada Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Məhəmməd ibni Məsləmə rəhbərliyində otuz nəfərlik bir süvari birliyini Mədinəyə yeddi gecə yolu uzaqlıqda Bəsrə yolu ətrafındakı Bəkr ibni Kilab Oğullarını təqib etmələri məqsədiylə göndərdi.
Mədinəyə dönən yolda Sümaməyə rast gəldi və onu həbs edərək Mədinəyə gətirdi. Onu məscidin dirəklərindən birinə bağladılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) gəlib onun xətrini soruşdu. Sümamə : “Mən yaxşıyam, ey Məhəmməd! Məni öldürsən, əsil qan sahibi olan birini öldürmüş olarsan. Yox, yaxşılıq edərsənsə, yaxşılığın qiymətini bilən birinə yaxşılıq etmiş olarsan. Məndən dildiyin qədər mal istə, verərəm!” şəklində cavab verdi. Rəsulullah ondan üz çevirib getdi. İkinci və üçüncü gün də aralarında eyni eyni söhbətlər oldu. Daha sonra Rəsulullah onun bıraxılmasını əmr etdi. Sümamə azadlığına qovuşduqda yuyundu və sonra da şəhadət kəlməsini gətirərək müsəlman oldu. Müsəlman olduqdan sonra belə demişdir : “Ey Allahın Rəsulu! Daha əvvəl dünyada səndən daha çox nifrət etdiyim başqa bir kəs yox idi. İndi isə, dünyada səndən daha çox sevdiyim bir kəs yoxdur. Yenə əvvəllər dünyada bu dindən daha çox nifrət etdiyim başqa bir din yox ikən, bu gün dünyadakı dinlər arasında bu dindən daha çox sevdiyim başqa bir din yoxdur.”

Sümamə ölkəsinə qayıtmamışdan əvvəl Məkkəyə baş çəkib ümrə etdi. Qureyşlilər müsəlman olduğunu öyrəndikdə ona təhqirlər etdilər. Sümamə onlara : Vallahi, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) icazə vermədikcə bundan sonra Yəmamədən bircə buğda dənəsi belə gəlməyəcəkdir. deyərək Məkkəni tərk etdi. Ölkəsinə qayıdanda Məkkəlilərə buğda satılmasını qadağan etdi. Bundan sonra Məkkə xalqı sıxıntıya məruz qaldı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a məktub yazaraq qohumluq əlaqələri xətrinə Sümaməyə buğda satışına mane olmamağı üçün təlimat verməyini istədilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların istəklərini qəbul edərək Sümaməyə bu istiqamətdə təlimat göndərdi.

Ləhyan Oğulları Döyüşü

[size=medium]Racidə müsəlman təbliğçiləri şəhid edənlər onlar idilər. Hicaz boylarında qalırdılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların işini sonraya saxladı. Əhzab (hizblər) döyüşü sona çatıb, müsəlmanlar təhlükəsizlik və salamatlığa çatdıqda Allahın elçisi Mədinəyə İbni Ümmü Məktumu bıraxıb, hicri 6-cı ilin Rəbiül-Əvvəl ayında Ləhyan Oğullarına qarşı iyirmisi süvari olmaqla iki yüz nəfərlik bir birliklə hərəkətə keçdi. Sürətlə Usfan yaxınlığındakı Bətni Qaran deyilən vadiyə gəlib orada endi. Müsəlmanlar burada şəhid edilmişdilər. Rəsulullah iki gün ərzində burada gözləyib şəhidlər üçün dua etdi. Ləhyan Oğulları onun gəldiyini eşidəndə qaçıb dağların təpələrinə sığınmışdılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın onların arxalarınca adam göndərməyinə baxmayaraq, onlardan heç kimi tuta bilmədilər. Səhabələrindən on nəfərlik bir süvari birliyini Usfana göndərərək girişdiyi hərəkatı Qureyşə də məlum olub onlara göz dağı oldu. Sonra yığışaraq Mədinəyə geri qayıtdılar. Bu səfər on dörd gün çəkmişdir. [/size]

İys Hərəkəti və Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in Qızı Zeynəbin Əri Əbul-Asın İslamı Qəbul Etməsi

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) hicri 6-cı ilin Cəmədiyəl-Ulə ayında Zeyd ibni Harisə rəhbərliyindəki yüz yetmiş nəfərlik bir birliyi İys mövqeyinə göndərdi. Məqsədləri çamdan qayıtmaqda olan Qureyş karvanınl ələ keçirmək idi. Bu karvanı Peyğəmbər `in qızı Zeynəbin əri Əbul-As ibni Rəbi idarə edirdi. Müsəlmanlar karvanı ələ keçirib orada olanları əsir götürdülər. Ancaq, Əbul-As qaçıb Mədinəyə gəldi və Zeynəbin yanına gəldi. O da onu qəbul etdi. Zeynəb, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan karvanı Əbul-Asa geri qaytarmağını xahiş etdi. O da qızının bu tələbini yerinə yetirdi və ələ keçirilən kiçik, böyük hər şeyi Əbul-Asa geri qaytardı.

Əbul-As Məkkənin irəlidə gedən tacirlərindən idi. Həmçinin, dürüstlüyü ilə tanınırdı. Məkkəyə qayıdıb özündə olan bütün əmanətləri sahiblərinə geri qaytardıqdan sonra müsəlman olaraq Məkkəyə geri qayıtdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilk nigahları üzrə Zeynəbi ona geri verdi. Bu hadisə, üç ildən çox davam edən ayrılıqdan sonra baş vermişdir. O vaxt hələ müsəlman xanımların kafir kişilərlə evlənmələrini haram edən ayən enməmişdi. Bu səbəbdən də nigahları pozulmadan qalırdı.

Bu dövrdə Rəsulullah düşmənin gözünü qorxutmaq və Mədinənin uzaq ətraflarının da əminamanlığı və təhlükəsizliyini təmin etmək üçün müxtəlif kiçik miqyaslı əskəri qüvvələr təşkil etdi. Bu qüvvələr həqiqətən də, düşmənin gözünü qorxutmuş və onları yerlərinə oturtmuşdur. Bu sakit dövrdən sonra Mustalıq Oğulları döyüşü baş verdi.

Mustalıq Oğulları Döyüşü (Mürəysi)

Mustalıq Oğulları böyük Hüzaə qəbiləsinin bir qoluydu. Hüzaə qəbiləsi ümumi olaraq Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a yaxınlıq və maraq duyarkən, bunlar Qureyşə yaxınlıqlıq nümayiş etdirirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a onların müsəlmanlara qarşı döyüş hazırlığında olduqları xəbəri gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Büreydə ibni Hasibi xəbərin doğru olub-olmadığını araşdırmaq üçün göndərdi. Edilən təhqiqat xəbərin doğru olduğunu ortaya qoydu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Mədinəyə Zeyd ibni Harisəni naib bıraxaraq sürətlə gedərək yeddi yüz nəfərlik bir ordu ilə hərəkətə keçdi. Ani bir basqın etmək istəyirdi. Mustalıq oğulları sahil boyundakı Fədid bölgəsində Müreysi deyilən bir suyun ətrafında cəm olmuşdular. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) hicri 6-cı ilin Şaban ayının ikinci gecəsi ani bir basqınla onların bir çoxunu öldürdü və bir çoxunu da əsir olaraq ələ keçirdi. Əsirlər arasında Mustalıq Oğullarının başçısı Haris ibni Əbu Dırarın qızı Cüveyriyyə də vardı. Mədinəyə qayıdandan sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu azad etdi və o müsəlman olduqdan sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onunla nigahlandı. Müsəlmanlar da əllərində olan və İslamı qəbul edən bütün Mustalıq oğullarını “Rəsulullahın qohumları” deyərək azad etdilər. Beləcə Cüveyriyyə qövmü üçün böyük bir bərəkət səbəbi oldu. Mustalıq Oğulları döyüşü qısa olaraq belə nəticələndi. Ancaq, bu arada münafiqlərin təsiriylə, İslam cəmiyyəti və hətta Peyğəmbər evi üzərində çox pis təsir oyandıran iki hadisə meydana gəldi.

——————
Peyğəmbərimizin həyatı
əl-Mubarək Furi
Hazırladı
Sahib Əsədov
Ardı var

Bənzər Məqalələr