Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni(1)sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: «Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?» – deyə soruşur, halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Bununla belə onlar deyirlər: «Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar».
(əl-Buxari 97. Kitəbut-Tövhid 33 (555, 6932, 7048, 7486).)

(1) Hədisdə: «gecəni sizin aranızda keçirən mələklər» – deyildikdə təkcə onlar deyil, habelə gündüzlər möminlərin arasında olub növbəsi yetişdikdən sonra səmaya qalxan mələklər də nəzərdə tutulur. Bu izah İbn Xuzeymənin «Səhih» əsərində mötəbər isnadla rəvayət edilən hədisdə öz təsdiqini tapmışdır. Bu hədisdə Peyğəmbər (s.av)demişdir: «…onlar sübh namazında bir yerə toplandıqdan sonra gecəni sizin aranızda keçirən mələklər səmaya qalxır, qalanl.arı isə sizin aranızda qalırlar, habelə əsr namazında bir yerə toplandıqdan sonra gündüzü sizin aranızda keçirən mələklər səmaya qalxır, qalanları isə sizin aranızda qalırlar…» (Fəthul-Bari 2/ 330).

—————-
Topladı
K. Hüseyn
H 1431 / M 2010

Share Button
Tarix: 04.06.2010 | Oxunma sayı: 1. 391 baxış