featured-image-2989

Əbu Qatədə ibn Rabi (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurdu: «Sənin ümmətinə beş namazı vacib etdim. Mən onları vaxtında qılanı Cənnətə salacağıma dair dərgahımda söz verdim. Onları vaxtında qılmayanın isə, dərgahımda heç bir əhdi yoxdur».
(İbn Macə 1403, 1467. əl-Albani həsən adlandırmışdır.)

Rəvayət edilir ki, Əbu İdris əl-Xauləni demişdir: «(Bir dəfə) Peyğəmbərin (s.a.v) səhabələrinin məclisində idim. Ubadə ibn Samit (r.a) də onların arasında idi. Vitr namazı haqqında söhbət düşdü. Bəziləri onun vacib olduğunu, bəziləri isə, sünnət olduğunu dedilər. Ubadə ibn Samit (r.a) dedi: «Mənə gəlincə, mən Allah Elçisinin (s.a.v) belə buyurduğunu eşitdim: «Cəbrail Uca Allahın dərgahından yanıma gəlib dedi: «Ey Muhəmməd! Həqiqətən Uca Allah buyurur: «Mən sənin ümmətinə beş namazı fərz etdim. Kim bu (namazların) dəstamazına, vaxtlarına, rukusuna, səcdəsinə riayət etsə, onu Cənnətə daxil edəcəyimə dair dərgahımda əhdi olar. Kim Mənimlə görüşərək bunlardan bir şeyi əskiltmiş olsa, Mənim dərgahımda onun üçün əhd yoxdur. Mən istəsəm, ona əzab verərəm, istəsəm də ona rəhm edərəm».
(Tayəlisi 574. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 842) cüzi fərqliliklə olan ləfzə səhih demişdir.)

——————
Topladı
K. Hüseyn
H 1431 / M 2010

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı