featured-image-2978

Azərbaycanın tanınmış şəxsləri nüfuzlu mükafatla ödülləndirildilər
Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzi Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü və 28 may Respublika Günü münasibəti ilə 2010-cu il may ayının 1-19-u arası respublika üzrə paytaxt və 17 rayonda sorğu keçirib.

Saytımızın baş redaktoru və təsisçisi, tanınmış ilahiyyatçı alim ,Yaşar Qurbanov milli mənəvi dəyərlərin öyrənilməsində, İslam dininin təbliğindəki xidmətlərinə görə bu mötəbər mükafata layiq görülmüşdür.

“Qız Qalası” Milli Mükafatı laureatları

İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti- Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğu və iqtisadi inkişafına görə.

Ziya Məmmədov- Nəqliyyat Naziri – Azərbaycanda nəqliyyat sektorunun müasirləşməsində və inkşafında xidmətlərinə görə.

Huseyn Bağırov – Ekologiya və təbii sərvətlər naziri – Respublikanın təbii sərvətlərindən səmərəli istifadə edilməsində və ətraf-mühütün qorunmasında xidmətlərinə görə.

Qərib Məmmədov — Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – Respublikada torpaq islahatların aparılmasında və torpaq ehtiyyatlarından səmərəli isfadəsində xidmətlərinə görə.

Rüfət Aslanlı—Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri – Azərbaycanda qiymətli kağızlar sisteminin təkmilləşdirilməsində və dünya standartlarına uyğunlaşdırmaq istiqamətindəki xidmətlərinə görə.

Eldar Əzizov — Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı – Gəncə şəhərinin sosial-iqtisadi inkşafındakı xidmətlərinə görə

Şəmsəddin Hacıyev — İqtisad Universitetinin rektoru – Təhsil sahəsində beynalxalq əlaqələrinin qurulmasında müstəsna xidmətlərinə görə.

Tənzilə Rüstəmxanlı — Azəri-Türk Qadınlar Birliyinin sədri — Türk Dünyasının birliyi və Azərbaycanın dünyada təbliğində göstərdiyi xidmətlərinə görə.

Novruz Aslanov- “Qızıl Aypara” Cəmiyyətinin direktoru – Azərbaycanın həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasındakı xidmətlərinə görə.

Baba Rzayev – “Bakelektroşəbəkə”ASC-nin sədri – Enerji avadanlıqların müasirləşməsində və strukturda islahatların aparılmasındakı xidmətlərinə görə.

Zaur Mirzə-zadə – “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri – Respublikanın ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə və xidmətlərinə görə.

Rəşad Axundov -Birləşmiş Ərəb Əmirliklərinin “Dar Əl Bir” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan Ofisinin rəhbəri- Azərbaycanda minlərlə aztəminatlı ailələrə, qaçqınlara göstərdiyi yardımlara görə.

Adil Əliyev — millət vəkili – Seçicilərinin problemlərinin həllində göstərdiyi fədakarlığa və parlamentin işində nümayiş etdirdiyi aktivliyə görə.

Tofiq Zeynalov —Tovuz rayonunun İcra Hakimiyyətinin başçısı- Tovuz rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə.

Rəşad Məcid — “525-ci qəzet”in baş redaktoru-Cağdaş ədəbiyyatımızın və yeni ədəbi nəsilin inkişafındakı xidmətlərinə görə.

Baba Tağıyev – millət vəkili Aztəminatlı seçicilərinin problemlərinin həllində göstərdiyi xidmətlərinə görə.

Vüsalə Mahirqızı — Azər Press Agentliyinin direktoru – Azərbaycanda operativ xəbər agentliyinin qurulmasındakı müstəsna xidmətlərinə görə.

Süleyman Mikayılov- Qaradağ rayonunun İcra Hakimiyyətinin başçısı-Qaradag rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə

Məhəmməd Məmmədov – Aztelekom İB-nin direktoru — Respublikada rabitə sisteminin modernləşdirilməsi fəaliyyətində xidmətlərinə görə.

Tofiq İbrahimov- Lənkəran rayon İcra Hakimiyyətinin başçısı -Lənkəran şəhərinin sosial-iqtisadi inkşafında xidmətlərinə görə.
Yunus Oğuz — “Olaylar” İnformasiya Agentliyinin direktoru-Azərbaycan tarixinin təbliğindəki xidmətlərinə görə.

Yaşar Qurbanov- www.islamevi.az saytının təsisçi və baş redaktoru, ilahiyyatçı alim – Milli mənəvi dəyərlərin öyrənilməsində, İslam dininin təbliğindəki xidmətlərinə görə.

Bəhruz Quliyev — “Səs” İnformasiya Agentliyinin direktoru – Dolğun informasiyanın operativ yayımında fəaliyyətinə görə.

Qəzənfər Ağayev — Masallı rayonunun İcra Hakimiyyətinin Başçısı — Masallı rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə

Hacı Fərhad Mirzə – Fəlsəfə və dinşünaslıq üzrə elmlər doktoru- Azərbaycan dini elminin xaricdə təbliğindəki fəaliyyətinə görə.

Akif Aşırlı — “Şərq” qəzetinin baş redaktoru – Azərbaycanda müstəqil mətbuatın inkişafındakı xidmətlərinə görə.

Şahin Mövsümov – «AS GROUP»un sədri – Tikinti sənayesində keyfiyyətli malların istehsalına görə.

Əli Həziquliyev — “Elçi” qəzetinin baş redaktoru — Azərbaycanda uğurlu ictimai-siyasi fəaliyyətinə görə.

Elmar Məmmədov – “Kapital bank”ın İdarə Heyətinin sədri- Azərbaycanda bank sisteminin inkşafında və təkmilləşdirilməsidə xidmətlərinə görə.

İlqar Hacıyev- “AKKORD” İnşaat Sənaye ASC-nin sədri —Dünya standartlarına uyğun müasir tipli yaşayiş obyektlərinin tikintisindəki xidmətlərinə görə

Endryu Pospilovski – “Access Bank”ın İdarə Heyətinin sədri – Azərbaycanda yeni nəsil bank sisteminin tətbiqindəki xidmətlərinə görə.

Vaqif Həsənov-“Qarant Sıgorta”ACS İdarə heyətinin sədri – Respublikada sığorta sisteminin müasirləşməsində xidmətlərinə görə.

İsmayıl Şabani – AvirTell MMC-nin prezidenti- Yüksək keyfiyyətli Dial up, ADSL İnternet Access və 088 Toll Free xidmətlərinə görə.

Məlahət Qurbanova — “Məlahət” Firmasının direktoru- Aztəminatlı ailələrə göstərdiyi əvəzsiz yardımlara görə.

İqbal Məmmədov-“Kaspi Yildiz” Şirkətinin təsisçisi -Müasir tipli avadanlıqların istehsalındakı xidmətlərinə görə.

Hüseyin Büyükfırat — “Büyükfırat” Restoranlar Şəbəkəsinin rəhbəri- Azərbaycanda dünya standartlarına uyğun restoran şəbəkəsinin qurulmasındakı xidmətlərinə görə.

Vahab Mehdiyev -“Dəvəli ASC”prezidenti – Milli memarlığın qorunmasında və inkşafındakı xidmətlərinə görə.

Ofeliya Nəzərli- “Ümid İşığı” Xeyriyyə Mərkəzinin direktoru-Qaçqın və məcburi köçün ailələrini himayə etdiyinə görə.

Tahir Qədəşov – “Atlant” İstirahət Mərkəzinin direktoru – Azərbaycanda turizm sektorunun inkişafında və yüksək xidmət göstərilməsində fəaliyyətinə görə.

Osman Gezeker – “Özkaya Group”un başqanı – Beynəlxalq ticarət əlaqələrin qurulmasındakı xidmətlərinə görə.

Füzuli Dünyamalıyev – «Qafqaz Holdinq» MMC-nin direktoru- Müasir, dünya standartlarına və tələblərinə uyğun istehsal görə

«Qız Qalası” Milli Mükafatının təsis edilmə tarixi

“Qız Qalası” Milli Mükafatı 24 dekabr 2006-cı ildə İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzinin birgə Təşkilat Komitəsi tərəfindən təsis edilmişdir. Hazırda Təşkilat Komitəsi Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzindən ibarətdir. Təsis tarixinin gününün seçilməsinə səbəb həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının anadan olmasının 45 illiyinin keçirilməsi olub. Təşkilat Komitəsi yekdilliklə «Qız Qalası” Milli Mükafatını təsis edib və ilk nominant da Azərbaycan Prezidenti İlham Əliyev cənabları olub.
«Qız Qalası” Milli Mükafatı Azərbaycan və Türk Dünyası üçün müstəsna xidmətləri olan məhdud sayda şəxslərə verilir.

«Qız Qalası” Milli Mükafatı kimlərə verilib?

Təşkilat bu günə kimi DÖVLƏT ADAMI nominasıyası üzrə Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğu və iqtisadi inkişafa görə, Azərbaycan Prezidenti İlham Əliyev cənablarını və Quzey Kipr Türk Cümhuriyyətinin Qurucu Cümhurbaşqanı, cənab Rauf Denktaşı «Qız Qalası” Milli Mükafatı ilə təltif edib. Cənab Rauf Denktaşın dəvəti ilə Quzey Kipr Türk Cümhuriyyətində səfərdə olan nümayəndə heyətimiz Denktaşın İqamətgahında «Qız Qalası” Milli Mükafatını QKTC-nin qurucu Prezidentinə təqdim edib.
«Qız Qalası” Milli Mükafatı təsis olandan bu günə kimi təsisçilər, Quzey Kipr Türk Cümhuriyyətinin qurucu cümhurbaşqanı Rauf Denktaşı, Türk Dünyası Araşdırmalar Vəqfinin Başqanı, prof.dr. Turan Yazqanı, Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri, Bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadəni, Türkiyə Azərbaycan Kültür Dərnəyinin rəhbərlərindən Məhəmməd Müştaqı, Güney Bavyera Türk Dernekleri Koordinasyon Kurulu Başqanı Mahir Zeytinoğlunu, Belçika Senatının üzvü, Senator Dominique Tilmansı, Belçikanın ProBruxsel Partiyasının sədri Filip Delstancesi, Azərbaycanın Rabitə və İnformasiya naziri, akademik Əli Abbasovu bu mükafata layiq görüb.

“Qız Qalası” Milli Mükafatı hansı əsaslarla verilir?

Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzi Ulu ÖndərimizHeydər Əliyevin anadan olmasının 87-ci il dönümü və 28 may Respublika Günü münasibəti ilə 2010-cu il may ayının 1-19-u arası respublika üzrə paytaxt və 17 rayonda sorğu keçirib. Soğruda 9653 respondent iştirak edib. İştirak edənlərin 22 faizi məmur, 19 faizi iş adamı, 16 faizi tələbə, 8 faizi həkim, 9 faizi elm xadimləri, 26 faizi isə müxtəlif peşə sahibləri olub. Rəyi öyrənilənlərin 57.3 faizini kişilər, 42.7 faizi isə qadınlar təşkil edib.
Bu sorğunun nəticələri Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzinin ekspertləri tərəfindən araşdırıldıqdan sonra qərara alınıb ki, 9653 anketin 456-ı etibarsız sayılsın. 9197 anketin nəticələrinə görə, qalib gələn şəxslər “Qız Qalası” Milli Mükafatı laureatı elan olunublar.

Bənzər Məqalələr