featured-image-2940

1.Mahmud ibn Ləbid (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Həqiqətən, sizin üçün ən çox qorxduğum kiçik şirkdir». Dedilər: «Ya Rasulallah, kiçik şirk nədir?» O buyurdu: «Riyakarlıq. Allah qullarının əməllərinin əvəzini verəcəyi gün (riyakarlara) deyəcək: «Dünyada əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin! Baxın görün, onlar etdiklərinizin əvəzini verə bilirlərmi?!»

(Əhməd 22523, 22528, 23630, 23686, 24350, 24356. əl-Albani buna oxşar hədisi «Sahihul-Cəmiis-Sağir»də (? 1555) səhih adlandırmışdır. Həmçinin Şueyb əl-Arnavut da hədisin isnadını səhih adlandırmışdır.)

2.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: «Bu nemətlərin müqabilində nə etmisən?» O: «Sənin yolunda vuruşub şəhid olmuşam» – deyə cavab verəcək. Allah isə ona belə deyəcək: «Yalan danışırsan! Sənə «qəhrəmandır» – desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan». Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: «Bu nemətlərin müqabilində nə etmisən?» O: «Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam» – deyə cavab verəcək. Allah isə ona belə deyəcək: «Yalan deyirsən! Sənə «alimdir» – desinlər, həmçinin «qaridir» – desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan». Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra (dünyada) zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: «Bu nemətlər müqabilində nə etmisən?» O: «Var-dövlətimi Sənin yolunda xərcləmişəm, Sənin buyurduğun yerlərə sərf etmişəm» – deyə cavab verəcək. Allah isə ona belə deyəcək: «Yalan danışırsan! Sənə «nə səxavətli insandır» – desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan». Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar».

(Muslim 527, 1905, 5032.)

Digər rəvayətdə belə əlavə vardır: «…Sonra Allah Elçisi (s.a.v) dizimə vurdu və: «Ey Əbu Hureyra! Bu üç nəfər Qiyamət günü Allahın yaratdıqları içində Cəhənnəm odunda yanan ilk kimsələrdir» – deyə buyurdu».
(ət-Tirmizi 2382, 2557.)

————–
Topladı
K. Hüseyn
H 1431 / M 2010

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı