featured-image-2915

Rəvayət edilir ki, Abdulvahid ibn Suleym demişdir: «Məkkəyə gəlib Ata ibn Əbu Rabahla görüşdüm və ona dedim: «Ey Əbu Muhəmməd! Bəsrəlilər qədər haqqında danışırlar». O soruşdu: «Ey oğul, Quran oxuyursan?» Mən: «Bəli» – deyə cavab verdim. O dedi: «Zuxruf surəsini oxu!» Mən də oxudum: «Ha. Mim. (Bu) aydın Kitaba and olsun! Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız. Şübhəsiz ki, o yanımızdakı «Ummul-Kitab»dadır. O ucadır, hikmətlə doludur» (əz-Zuxruf 1-4). O soruşdu: «Ummul-Kitab»ın nə olduğunu bilirsən?» Mən: «Allah və Elçisi daha yaxşı bilir» – deyə cavab verdim. O dedi: «Həqiqətən, O, Allahın göyləri və yeri yaratmasından qabaq yazdığı Kitabdır. Orada Fironun Cəhənnəm əhlindən olduğu və «Əbu Ləhəbin əlləri qurusun, qurudu da!» ayəsi yazılmışdır». Ata ibn Əbu Rabah dedi: «Həmçinin Allah Elçisinin (s.a.v) səhabəsi Vəlid ibn Ubadə ibn Samitlə görüşüb ondan soruşdum: «Sənin atan ölərkən nə vəsiyyət etmişdir?» O da belə cavab verdi: «Atam məni çağırıb dedi: «Ey oğul, Allahdan qorx və bil ki, sən Allaha və bütövlükdə qədərin xeyir və şərinə iman etmədikcə, heç vaxt Allaha qarşı təqvalı olmazsan. Bundan qeyri (etiqad) üzərində ölsən, Cəhənnəmə daxil olarsan. Mən Allah Elçisinin (s.a.v) belə buyurduğunu eşitdim: «Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: «Yaz!» – deyə buyurdu. O dedi: «Nə yazım?» Allah buyurdu: «Qədəri yaz! – Əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi».
(ət-Tirmizi 2155, 2308, 3319. əl-Albani hədisin səhih olduğunu sübut etmişdir. İslam alimlərinə görə hədisdəki «əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi» kəlamı Peyğəmbərə (s.a.v) aiddir. «Əvvəl olmuş» kəlamı isə Peyğəmbərin (s.a.v) hədisi danışdığı andan əvvəl olmuş və ya Allahın qələmi yaratmasından əvvəl ərş, su, külək və s. məxluqların olması kimi şərh edilir.)

——————
Topladı
K. Hüseyn
H 1431 / M 2010

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı