featured-image-2908

«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan buyurduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir». (ət-Təhrim 6).

«…Onlar Cəhənnəm odunun yanacağıdırlar». (Ali İmaran 10). «O, gün biz Cəhənnəmi kafirlərin gözü qarşısına gətirərik». (əl-Kəhf 100). «(Ey müşriklər! Qiyamət günü) Siz o, Cəhənnəmi mütləq görəcəksiniz! Bəli siz onu mütləq öz gözünüzlə görəcəksiniz!». (ət-Təkəsur 6.7). «Onların üstlərində və altlarında oddan sipər vardır. Allah öz bəndələrini bununla qorxudur. Ey bəndələrim! Məndən qorxun». (əz-Zumər 16). «Onları zillət basar…Onların üzü sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar Cəhənnəmlikdirlər. Özləri də orada əbədi qalacaqlar». (Yunus 27). «Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu bilməyəydim! Kaş o, (ölüm) qəti (əbədi) olaydı! Mal dövlətim mənə heç bir fayda vermədi». (əl-Haqqa 25-29). «Onlar deyəcəklər: «Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır! (Onlara) Bu ona görədir ki, (dünyada) yalnız Allah çağrıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır!». (əl-Mumin 11.12). «İnsanları onlara əzab gələcəyi günlə qorxut. O, gün zalimlər: «Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz sənin dəvətini qəbul edər və Peyğəmbərlərə tabe olarıq» — deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz». (İbrahim 44). «Onlar orada fəryad edib deyəcəklər: «Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O, əməlləri yox ki, (dünyada) edirdik! (onlara) Məgər sizə orada öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edəcəyi qədər ömür vermədikmi? Hələ sizə qorxudan Peyğəmbərlər də gəlmişdir. Dadın (Cəhənnəm əzabını)! Zalimlərin imdadına çatan olmaz!». (Fatir 37). «Onlar deyərlər: «Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir cəmaat olduq! Ey Rəbbimiz bizi oradan (Cəhənnəm odundan) çıxart! Əgər bir də (pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalim olarıq». (əl-Muminun 106-108). «Sizdən elə bir kəs olmaz ki, Cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür». (Məryəm 71). Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət və Cəhənnəm aralarında münaqişə etdilər. Cənnət deyir: «Mənə daxil olanlar zəif və miskinlərdir. Cəhənnəm deyir: «Mənə daxil olanlar qüvvətlilər və təkəbbürlülərdir». Allah Cəhənnəmə: «Sən mənim əzabımsan. İstədiyimdən sənin ilə intiqam alaram». Cənnətə isə: «Sən Mənim rəhmətimsən. Sənin ilə istədiyim kəsə rəhm edərəm. İkinizə də dolacaq qədər vardır»(Müslim 5081, Səhihul Cəmi 183. )

Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm əhlindən iki sinif insan var ki, mən onları dünyada ikən görməmişdim. Bir qövm inəyin quyruğu kimi qamçılarla insanları döyərlər. İkincisi isə qadınlar açıq-saçıq, yarım çılpaq geyinəcəklər, pozğun şeylərə meyl edəcəklər, başlarını (saçlarını) dəvənin boynundakı hörüklər kimi maili çıxacaqlar. Onlar Cənnətə daxil olmazlar və onun iyisini də duymazlar. Halbuki cənnətin iyi bu və bu qədər məsafədən hiss edilir»(Səhihul Cəmi” 3693. )

Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər kafir Allahın yanındakı rəhmətini bilsəydi Cənnətdən ümüd kəsməzdi. Əgər mömin Allah yanındakı əzabdan xəbərdar olsaydı Allahın Cəhənnəmindən əmin olmazdı»(Buxari 7/83 «Rikak» 20. )

Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm — buyurdu: «….Allah Cənnətə sən mənim rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm». Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən səninlə qullarımdan istədiyimə əzab edirəm. Hər birinizə dolusu qədər var. Amma Cəhənnəm dolmaq bilməz. Nəhayət Allah ayağını onun üzərinə qoyar, o da: Bəsdi, Bəsdi! deyib Cəhənnəm dolar. (Cəhənnəmi doldurmaqla) Allah heç bir kəsə zülm etməz. Cənnətə gəlincə Allah onun boşluqlarını doldurmaq üçün bir neçə varlılıqlar yaradır»(Buxari, Müslim 5084. )

Adıy b. Hatim — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən elə bir kimsə yoxdur ki, onunla Allah arasında heç bir vasitə olmadan Allah onunla danışmasın. Sağına baxacaq etdiyi əməlindən başqa bir şey görməyəcəkdir, soluna baxacaq etdiyi əməlindən başqa bir şey görməyəcəkdir. Önünə baxacaq önündə Cəhənnəmdən başqa bir görməyəcəkdir. Bir xurmanın yarısı qədər də olsa sədəqə verərək və ya gözəl bir söz söyləyərək özünüzü Cəhənnəm əzabından qoruyun”(Buxari, Müslim)
———-
CƏNNƏT VƏ CƏHƏNNƏM
TOPLAYAN VƏ TƏRTİB EDƏN
K.HÜSEYN
KİTABIN BÜTÜN HAQLARI QORUNUR

Bənzər Məqalələr