Allah cəhənnəmi kafirlərin və münafiqlərin əbədi qalacaqları bir məskən etmişdir.
إِنَّ اللَّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا
” Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.”
Elə bir məskən elə bir yerki, sonu gəlməz əhli ölməz , daim və əbədi əzabda olar .
وَعَدَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ هِيَ حَسْبُهُمْ ۚ وَلَعَنَهُمُ اللَّهُ ۖ وَلَهُمْ عَذَابٌ مُقِيمٌ
“Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.”
Cəhənnəm əhlinin üzü, ey qardaşım!
وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُوا عَلَى اللَّهِ وُجُوهُهُمْ مُسْوَدَّةٌ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْمُتَكَبِّرِينَ
“Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?”
Cəhənnəm əhlinin girəcəyi qapılar, ey qardaşım!
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
“Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.”
لَهَا سَبْعَةُ أَبْوَابٍ لِكُلِّ بَابٍ مِنْهُمْ جُزْءٌ مَقْسُومٌ
“Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.”
Cəhənnəm əhli, ey qardaşım !
إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ
Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
فِي عَمَدٍ مُمَدَّدَةٍ
Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.
Cəhənnəmin şiddəti haqda duydunmu ey qardaşım !
وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا ۖ مَأْوَاهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا
” Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. Onun alovu azaldıqca onlar üçün alovu artıracağıq.”
ذَٰلِكَ جَزَاؤُهُمْ بِأَنَّهُمْ كَفَرُوا بِآيَاتِنَا وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا
“Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və ovuntu olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır.”
Cəhənnəm əhli sol tərəf sahibidir bədbəxdidir ,ey qardaşım!
“Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Onlar qızmar yel və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də xoşagələndir.
Cəhənnəm gözətçilərinidə bildinmi qardaş!?
“Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” Mələklər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!”– deyəcəklər. Mələklər də: “Elə isə özünüz yalvarın!”– deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir.”
Cəhənnəm xazini Malik haqda heç duydunmu ey qardaşım?
“Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək. Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı.”
Cəhənnəm əhli ora necə daxil olacaqlarını necə , heç duydunmu?
“O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar. Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur! Bəlkə bu da sehrdir, siz görmürsünüz? Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
Dünyanı axirətdən üstün qoruyan qardaşım Cəhənnəmdə o gün
“O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hüzurunda duracaqlar. O gün günahkarları zəncirlənmiş görəcəksən. Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir.”
Cəhənnəm əhlinin yeməyi barədə bəs necə , eşitmisənmi ?
“Həqiqətən, zəqqum ağacı, günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. qaynar su qaynayan kimi. Onu tutub Cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin. Sizin şübhə etdiyiniz əzab budur!
Bəs cəhənnəm əhlinin yatağı haqda necə eşitmisənmi ey qardaşım!?
“Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.”
Cəhənnəm əhlinin peşmançılığı haqda necə eşitmisənmi?
“Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər.” Baqara 167
قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُوا يَا حَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَاءَ مَا يَزِرُونَ
Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O Saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları şey necə də pisdir!  Ənam 31
▪Ey qardaşım ! Əziz qardaşım! Müsəlman qardaşım bunları yazmaqda məqsədim xatirlatmadır , bilirsənmi nəyi ? “CƏHƏNNƏM” yalnız kafirlərin və münafiqlərin gedəcəyi yer olmayacaq  ora etdikləri günah və asiliklərə görə müsəlmanlarda girəcəkdir!!!  Kafirlərə və münafiqlərə bənzəməkdən, onların etdiyi əməlləri etməkdən uzaq ol ki, Allaha səni onların gedəcəyi məkan və məskəndən ,əzab və çətinlikdən , zəqqum və qaynar sudan, irin və qanın içəcək olduğu ,əhlinin oddan başqa bir şey görmədiyi CƏHƏNNƏMDƏ  qorusun. Allahdan istəyirəm ki , bizi ona laiqli qullarından etsin ,günahlarımızdan keçsin bizi bağışlasın Cəhənnəm odundan qorusun , cəhənnəmliklərin əməllərinidə etməkdən uzaq etsin amin.▪

Bənzər Məqalələr