ər-Rafi’ — “Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və möminlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!”. (əl-Mumin 15).

Rafi’ — ondan yüksək olmayan deməkdir. Allah ən yüksəkdir. O, tərif və sənanın bütün dərəcələrini haqq edən varlıqdır. Həlimi (Allah rəhmət etsin) deyir ki: «Rafi’ — Allahın zatı sifətlərindəndir. Həmd və sənanın bütün dərəcələrini haqq edəndir. Yüksək üstünlüyə sahib deməkdir».

—————
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Share Button
Tarix: 07.04.2010 | Oxunma sayı: 900 baxış