əl-Həfi — Lütfkar, xoşsifət, bilmək, sevinmək, «O, mənə qarşı çox mehriban və lütfkardır (HƏFİ)». (Məryəm 47). Əzhəri deyir ki: «Həfi — bilmək, sevinmək». Suddi deyir ki: «Dostluq, yoldaşlıq, çox yaxın bir münasibət».

Bəzən də Həfi Hakim mənasında da işlədilir. Ərəblər hakimlərə Həfi də deyərdilər. Həmçinin də yaxşılıq edən, hörmət edən, köməyə gəlmək mənasındadır. Dilçi alimlərindən əl-Fərra deyir ki: «O, mənə qarşı çox mehriban və lütfkardır». (Məryəm 47) ayəsində: “Mənə qarşı lütfkar davranan, dua etdiyimdə duamı qəbul edən, ehtiyaclarımı qarşılayan şəkilindədir” deyə açıqlamışdır.

———
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Share Button
Tarix: 05.04.2010 | Oxunma sayı: 423 baxış