featured-image-2834

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a lağ edənlərin başında bu beş nəfər gəlirdi

Vəlid bin Muğirə, Əsvəd bin Abdul-Yəğus, Əbu Zəma, Əsvəd bin Abdul-Muttalib əl-Əsədi, Haris bin Qays, As bin Vail.

Allah, Rəsuluna onu onların şərrindən qoruyacağını bildirmişdir. «Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.» (Hicr / 95)

Allah daha sonrabu şəxslərin hər birinin başına ibrətli bəlalar vermişdir :

Vəlidin aqibəti : Hələ əvvəlki illərdən qalma bir ox yarası vardı. Ancaq yaxşılaşmış vəziyyətdəydi. Cəbrayılın bu oxun izinə işarət etməsiylə o yara yenidən açılmış, dözülməz ağrıılar verməyə başlamışdı. Vəlid bu şəkildə, ağrılar içində öldü.

Əsvəd bin Abdul-Yəğusun aqibəti : Cəbrayıl (Əleyhissalam) qarnına — başqa bir rəvayətə görə də başına işarət etmişdi. Qarnına su yığılıb şişmişdi və bu şəkildə ölmüşdü.

Əsvəd bin Abdul-Muttalibin aqibəti : Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu şəxsin əziyyətindən sıxıldığı zaman əleyhinə bəddua etmişdir : “Allahım! Onun gözlərini al. Oğlunu özünə müsəllət et.” buyurmuşdur. Cəbrayıl (Əleyhissalam) üzünə tikan atmış və gözləri kor olmuşdur. Daha sonra da oğlu tərəfindən öldürülmüşdür.

Haris bin Qaysın aqibəti : Qarnına su yığılmış və bu şəkildə ağrılar içində ölmüşdür.

As bin Vailin aqibəti : Ayağına tikan batmış, sonra da bu tikanın zəhəri bütün vücudunu sarmış və bu şəkildə ölmüşdür.

Dəvətin elanı və açıqlamasıyla bərabər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və müsəlmanların Qureyşdən çəkdiklərinə qısaca toxunduq. Bu çətin şərtlər şərtlər altında Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) iki əhəmiyyətli addım atmışdır.

————-
Peyğəmbərimizin həyatı
əl-Mubarək Furi
Hazırladı
Sahib Əsədov
Ardı var

Bənzər Məqalələr