featured-image-2812

İlk müsəlmanlar

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), İslam dəvətinə başladıqda, Allahın özlərinə səadət və xeyirdə irəli keçməyi nəsib etdiyi bir qrup iman ilk iman edənlərdən olma şərəfinə nail oldular :

1-Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ə ilk iman edeən sevgili yoldaşı Xədicə bintu Xuveylid olmuşdur. Onu (Səllallahu Aleyhi və Səlləm)`i yaxından tanıyır və nübüvvət əlamətlərinə şəxsən şahid olurdu. Varaqanın sözlərindən sonra da Məhəmməd (Səllallahu Aleyhi və Səlləm)`in bu ümmətə xidmətə göndərilmiş Allah elçisi olduğundan heç bir şübhəsi qalmamışdır. Müddəssir surəsinin nazilm olan ilk ayələrindən sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu Allaha dəvət etmiş, o da təmiz olaraq dəvəti qəbul edən ilk insan olmuşdur.

2-Daha sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) yaxın dostu Əbu Bəkr əs-Siddiq (radiyəllahu anhu) `in yanına getmiş və Allahın özünə ikram etdiyi peyğəmbərlik və risalət vəzifəsini ona da bildirmiş və dostunu imana çağırmışdır.

3- Yenə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ə ilk iman edənlərdən bir digəri də hələ 10 yaşında olan Əli (radiyəllahu anhu)`dir. Peyğəmbər (Səllallallahu Aleyhi və Səlləm)`in himayəsi altında idi. Rəsulullaha hələ ilahi vəhy gəlmədən əvvəl, Məkkədə müdhiş bir qıtlıq hökm sürmüşdü. Əbu Talibin ailəsi çox izdihamlı idi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) əmisi Abbasa, Əbu Talibin yükünü yüngülləşdirməyi təklif etdi. Bunun üzərinə Abbas, Cəfəri; Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) də Əlini kəfalət və himayəsi altına aldı. Əli artıq onun övladı kimiydi. Çox zaman bir yerdəydilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu dəvət edər-etməz tərəddüdsüz ilk inananlardan oldu. İlk iman edeən uşaqdır.

4-İslam dəvətini ilk qəbul edənlərdən bir başqa ad, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in xidmətçisi Zeyd b. Haris b. Şərahil əl-Kəlbidir. Cahiliyyə dövründə əsir alınmış və kölə olaraq satılmışdır. Onu Hakim b. Hişam (kölə ikən) aldı və xalası Xədicəyə hədiyyə etdi. Zeydin ailəsi övladlarının Məkkədə əsir olaraq tapıldığını xəbər aldıqda, onu qurtarmaq üçün dərhal Məkkəyə gəlmişlər. Zeydinin atası və əmisi vəziyyəti Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ə bildirdilər və fidyə barəsində asanlıq göstərməsini dilədilər. Peyğəmbərimiz (s.a.s) Zeydi çağıraraq, ona ailəsinə getməyi və öz yanında qalmağı xüsusunda seçimini etməsini dedi. Zeyd, Rəsulullah (s.a.s) ilə qalmaq istədiyini bildirdi. Bunun üzərinə Peyğəmbər (s.a.s) Qureyşdən bir camaatın qarşısına gedərək : – Şahid olun ki, bu mənim oğlumdur. O mənə varis olar, mən də ona; – dedi. Bu hadisə peyğəmbərlik dövründən əvvəl cərəyan etmişdir. Zeyd, Zeyd b. Məhəmməd (Məhəmmədin oğlu Zeyd) olaraq çağırıldı. İslamın övlad əldə etməyi qadağan etməyindən sonra Zeyd b. Harisə olaraq çağırılmağa başlandı.

Bu dörd şəxsin hamısı eyni gündə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in xəbərdar etməklə vəzifələndirildiyi gündə müsəlman oldular. Hər biri haqqında ilk iman edən olduğu haqqında rəvayət vardır.

Hz. Əbu Bəkrin İslamiyyəti qəbulu ilə Məhəmməd (Səllallahu Aleyhi və Səlləm) özünə böyük bir dəstək tapdı. Əbu Bəkrin səyi ilə bir çox insan İslamiyyətə daxil oldu. Çünki, Əbu Bəkr insanlar içində son dərəcə sevilən, sayılan, güvənilən və etibar sahibi bir şəxsiyyət idi. Olduqca iffətli, yaxşı keçinən, kərəm sahibi, yumşaq təbiətli, cömərd bir insan idi. Ərəb nəsəbi (nəsəb elmi) barəsində son dərəcə məlumatlıydı. Fəzilət və elmindən dolayı qövmü arasında yüksək bir mövqeyə sahib idi. Əbu Bəkr güvəndiyi dostlarını gizli bir şəkildə İslama dəvət etməyə başladı. Ərəblərin irəlidə olan bir çox şəxsiyyəti onun vasitəsiylə İslama daxil oldu. Bunların başında Osman b. Əffan əl-Əməvi, Zübeyr b. Əvvam əl-Əsədi, Əbdür-Rəhman b. Auf əz-Zühri, Səd b. Əbu Vaqqas əz-Zühri, Təlha b. Ubeydullah ət-Teymi (Allah onlardan razı olsun) gəlməkdədir. Bütün bu şəxsiyyətlər Əbu Bəkr (Allah ondan razı olsun) vasitəsiylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gələrək İslama daxil olmuşlar.

Bu qrupu, İslam ümmətinin əmini olaraq anılan Əbu Ubeydə Amir b. əl-Cərrah başda olmaq üzrə bu şəxslər təqib etmişdir : Əbu Sələmə b. Əbdül-Əsəd və yoldaşı Ümmü Sələmə, Ərkam b. Əbu Ərkam, Osman b. Məzun və qardaşları Qudamə, Abdullah və iki oğlu, Ubeydə b. Haris b. Mətləb b. Abdu-Mənaf, Səid b. Zeyd b. Amr b. Nəfil, yoldaşı Fatimə bintu Xəttab (Ömər b. Xəttabın bacısı), Həbbab b. Ərət, Cəfər b. Əbu Talib, yoldaşı Əsma bintu Umeys, Xalid b. Səid b. As, Xətib b. əl-Haris, Muttalib b. Əzhər, yoldaşı Rəmlə bintu Əbu Auf, Nuaym b. Abdullah. Bütün bu şəxslər Qureyşin müxtəlif ailə və qollarına mənsub insanlardır.

Qureyş qəbiləsi xaricində İslamı qəbul edən şəxslərdən bəziləri də bunlardır : Abdullah b. Məsud əl-Həzli, Məsud b. Rəbiə əl-Qari, Abdullah b. Caxş, qardaşı Əbu Əhməd b. Caxş, Suheyb b. Sinan ər-Rumi, Əmmar b. Yasir əl-Ansi, atası Yasir, anası Sümeyyə, Amir b. Füheyrə.

Qadınlar arasında İslamı ilk qəbul edənlər arasında, yuxarıda adı keçənlərin xaricindəki qadınlar bunlardır : Allah Rəsulunun xidmətçisi və qulluqçusu Ümmü Əymən əl-Həbəşiyə, Ümmül-Fadl Lübabətul-Kübra bintul-Haris əl-Hilaliyə, Abbad b. Əbdül-Muttalibin yoldaşı və Əbu Bəkr əs-Siddiqin qızı Əsma (Allah onlardan razı olsun). İslamda önə keçən bu şəxslər Əssabıqnəil əvvəlin (ilk qabaqcıllar) olaraq tanınırlar. Edilən elmi araşdırma və təhqiqlər, onların sayının 130 ətrafında olduğunu göstərməkdədir. Ancaq, hamısının gizli dəvət dövründəmi, yoxsa, açıq dəvət başladıqdan sonramı İslama girdikləri tam olaraq bilinmir.

———-
Peyğəmbərimizin həyatı
əl-Mubarək Furi
Hazırladı
Sahib Əsədov
Ardı var

Bənzər Məqalələr