Sual: Hörmətli şeyx! Üzü qibləyə yatmaq vacibdir, yoxsa sünnədir? Bunun hökmü nədir?

Cavab: Üzü qibləyə yatmaq vacib deyil. İstəyirsən üzü qibləyə tərəf yat, yaxud da istəyirsən yatanda üzünü qiblədən başqa tərəfə çevirib yat. Bunun heç bir fərqi yoxdur. Allaha həmd olsun ki, onun əmri hər yeri əhatə etmişdir. Üzünü hara çevirsən Allah təala səni görür və eşidir.

Şeyx İbn Bazın fətvalarından.

Ərəbcə tərcümə edən: Əkrəm Həsənov

Share Button
Tarix: 06.03.2010 | Oxunma sayı: 831 baxış