featured-image-2780

Allah-taala belə buyurur: «Həqiqətən, insan [sərvətə] çox həris [tamahkar və kəmhövsələ] yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar» (əl-Məaric, 19-21).
Bir hədisdə belə deyilir: «Qulda olan ən pis keyfiyyət ifrat xəsislik və ifrat qorxaqlıqdır». (1)

Xəsislik və qorxaqlıq qulda olan ən mənfi keyfiyyətlərdir. Əlalxüsus da insan xəsisliyindən zövq alırsa və qorxudan qəlbi yerindən titrəyirsə, onda nə comərdlikdən, nə şücaətdən əsar-əlamət olmaz, nə malı, nə də bədəninin ona bir faydası olar. Nə qovulmaz, nə də qaçmaz. Əksinə xəsislik, qorxaqlıq və tamahkarlıq onu yatırar, kiçildər, alçaldar və rəzil edər. Əgər qorxaqlığın nə olduğunu bilmək istəyirsənsə, bil ki, o, insanı aclıq yaxaladığı zaman onu hamıya yayar və dilənməyə tələsər, harasısa ağrıdığı zaman tez şikayət edərək hamıya xəstə olduğunu bildirər, əgər bir məğlubiyyətə uğrarsa, dərhal itaət göstərər, əgər qarnı ac olarsa, böyrü üstə yıxılıb şikayətini hamıya bildirər, gözünə qida mənbəyi dəydikdə uçaraq özünü ora salar, onu əldə edib ruhunun yerinə qoyar. Nə dözümü olar nə bir üstünlüyü. Bütün bunlar nəfsin kiçikliyindən, rəzalətindən, bədənə soxulmasından, onun gizlətməsindən və alçaltmasından irəli gəlir. Yardım diləmək üçün üz tutulan yeganə varlıq Allah-taaladır.
——-
(1) səhihdir: Əbu Davud, 2511; Əhməd, 2/302, 320; İbn Əbi Şeybə, 9/98; İbn Hibban, 3250; Əbu Nəim, 9/50; əI-Beyhəqi, 9/50; əl-Albani, “əs-Səhih”, 560.

Ibn al-Qeyyim, “Səbr edənlərin azuqəsi, şükür edənlərin tədarükü” kitabından

Bənzər Məqalələr