featured-image-2759

Sual: Üzərində kafirlərin şüarlarını daşıyan idman paltarları geyinməyin hökmü nədir? Məs; üzərində italiyanın, almaniyanın və amerikanın emblemləri olan və ya üzərində bəzi kafir oyunçuların adlarının yazıldığı idman futbolkaları?

Cavab:

Üzərində kafirlərin şüarlarını daşıyan paltarların aşağıdakı kimi təfsilatı var:

– Əgər bu paltarlarda xaç və bənzəri rəmzlər kimi kafirlərin dinlərinin şüarlarının rəmzləri varsa, bu zaman bu paltarları idxal etmək, satmaq və geyinmək caiz deyildir.

– Əgər bu şüarlar şəkil yerləşdirməklə və ya adını yazmaqla və ya bənzəri yollarla kafirlərdən bir kimsəni təzim edirsə, bu da əvvəlki hökmdəki kimi haramdır.

– Əgər bu şüarlar bir ibadətin rəmzi deyilsə, bir şəxsin təzimi üçün bir rəmz rolu daşımırsa, sadəcə mübah olan ticari əlamətlərdirsə – buna 'markalar' deyirlər – o zaman bu paltarlarda heç bir problem yoxdur.

Mənbə:

'Daimi Heyətin Fətvalarından', 24/24-25

Şeyx Abdulaziz bin Baz
Şeyx Abdullah bin Ğudeyyan
Şeyx Saleh əl-Fəuzan
Şeyx Abdul-Aziz Aluş-Şeyx
Şeyx Bəkr Əbu Zeyd

—————

Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyə

Bənzər Məqalələr