featured-image-2720

Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gecə zövcəsi Ümmu Sələmənin (radıyəllahu anhə) evində idi.Gecənin bir yarısında yuxudan ayılaraq, yatağından qalxdı və evin qaranlıq bir küncünə çəkilib ağlayaraq dua etməyə başladı.

Yuxudan ayılan Ummu Sələmə (ra) peyğəmbərin (sas) yataqda olmadığını görüb yerindən qalxdı və rəsulullahı (sas) axtarmağa başladı.

Bir də baxdı ki, Rəsulullah (sas) evin qaranlıq bir küncündə əllərini göyə qaldırıb göz yaşları içində dua edir:

-Allahım! Bəxş etdiyin nemətləri məndən əsirgəmə.Məni düşmənlərimə güldürmə.Allahım! Məndən uzaqlaşdırdığın pislik və çirkinlikləri geri qaytarma.Allahım! Məni bir an belə öz ixtiyarıma buraxma, məni bəla və fəlakətlərdən qoru!

Ummu Sələmə (ra) peyğəmbərin (sas) bu vəziyyətini görüb ağlamağa başladı və geri dönüb öz otağına keçdi.Rəsulullah (sas) Ummu Sələmənin (ra) ağladığını eşidib onun yanına gəldi və ağlamağının səbəbini soruşdu.Ummu Sələmə (ra) cavab verdi:

-Ya Rəsulullah! Sənin göz yaşların məni ağlamağa vadar etdi.Sən Allah qatında yüksək mövqeyə sahibsən.Sən Allahın dostusan.Allahın ən çox sevdiyi bəndəsisən.Buna baxmayaraq sən bu qədər ağlayıb, Allahdan bu qədər qorxursan və Ondan səni bir an belə öz ixtiyarına buraxmamasını dua edirsən.O halda vay bizim halımıza…

Rəsulullah (sas) buyurdu:

-Axı Allahdan necə qorxmayım, necə ağlamayım və özümə necə güvənim ki, bir zamanlar Allah təalə Yunusu (aleyhissəlam) bir an öz ixtiyarına buraxdı və onun başına gəlməməsi lazım olan şey gəldi.

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı