featured-image-2692

www.islamevi.az — Təsisçi və baş redaktor Yaşar Qurbanov- Milli mənəvi dəyərlərin təbliğindəki xidmətlərinə, radikalizm, terror əleyhinə təbliğatına, İslamın sülh dini olmasının geniş xalq kütlələrinə çatdırılmasına görə, İlin Mənəvi saytı seçilmişdir.

[lib]yashar_qurbanov.jpg[/lib]

Tarixi

“Qız Qalası” Milli Mükafatı 24 dekabr 2006-cı ildə İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzinin birgə Təşkilat Komitəsi tərəfindən təsis edilmişdir. Hazırda Təşkilat Komitəsi Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzindən ibarətdir. Təşkilat Komitəsində qərarverici orqan Türkiyə və Azərbaycan aydınlarından ibarət Ali Məsləhət Şurasıdır.

Təsis tarixinin gününün seçilməsinə səbəb həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının anadan olmasının 45 illiyinin keçirilməsi olub. Təşkilat Komitəsi yekdilliklə “Qız Qalası” Milli Mükafatını təsis edib və ilk nominant da Azərbaycan Prezidenti İlham Əliyev cənabları olub.
“Qız Qalası” Milli Mükafatı Azərbaycan və Türk Dünyası üçün müstəsna xidmətləri olan məhdud sayda şəxslərə verilir.

“Qız Qalası” Milli Mükafatı kimlərə verilib?

Təşkilat bu günə kimi DÖVLƏT ADAMI nominasıyası üzrə Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğu və iqtisadi inkişafa görə, Azərbaycan Prezidenti İlham Əliyev cənablarını və Quzey Kipr Türk Cümhuriyyətinin Qurucu Cümhurbaşqanı, cənab Rauf Denktaşı “Qız Qalası” Milli Mükafatı ilə təltif edib. Cənab Rauf Denktaşın dəvəti ilə Quzey Kipr Türk Cümhuriyyətində səfərdə olan nümayəndə heyətimiz Denktaşın İqamətgahında “Qız Qalası” Milli Mükafatını QKTC-nin qurucu Prezidentinə təqdim edib.
“Qız Qalası” Milli Mükafatı təsis olandan bu günə kimi təsisçilər, Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri, Türkiyə Azərbaycan Kültür Dərnəyinin rəhbərlərindən Məhəmməd Müştaqı, Güney Bavyera Türk Dernekleri Koordinasyon Kurulu Başqanı Mahir Zeytinoğlunu bu mükafata layiq görüb.

[lib]yashar_qurbanov2.jpg[/lib]

“Qız Qalası” Milli Mükafatı hansı əsaslarla verilir?

Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzi 2009-cu avqust-noyabr aylarında respublika üzrə sorğu keçirib. Sorğuda 54559 respondent iştirak edib. İştirak edənlərin 31 faizi tələbə, 9 faizi iş adamı, 25 faizi müəllim, 6 faizi həkim, 4 faizi idmançı, 25 faizi isə müxtəlif peşə sahibi olub. Rəyi öyrənilənlərin 44 faizini kişilər, 46 faizi isə qadınlar təşkil edib.

Bu sorğunun nəticələri Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, “İctimai Rəy” Analitik Mərkəzinin ekspertləri tərəfindən araşdırıldıqdan sonra qərara alınıb ki, 54559 anketin 231-i etibarsız sayılsın. 54328 anketin nəticələrinə görə, qalib gələn şəxslər “Qız Qalası” Milli Mükafatı laureatı elan olunublar.

Bənzər Məqalələr