featured-image-2683

Sual: Allahın ən gözəl adlarının mənasını bilməyin əhəmiyyəti nədir?

Cavab: Həmd Allaha məxsusdur.
Həqiqətən də, Allah təalanın gözəl adlarını bilməyin aşağıdakı səbəblərdən dolayı böyük əhəmiyyəti var:
1. Allahın ad və sifətləri haqqında elm elmlərin ən şərəflisi və ən üstünüdür. Çünki istənilən bir elmin şərəfli olması məlum olanın, tanınanın, bilinənin şərəfi ilə ölçülür. Burada məlum olan adları, sifətləri və əməlləri ilə birgə Allah Sübhənahu və Təaladır. Bu elmi başa düşmək və bunu mükəmməl şəkildə tədqiq etmək, arasdırmaqla müsəlmanın özünü məşğul etməsi ən ümdə məqsədlə məşğul olmasıdır. Bu elmdə müvəffəq olmaq, bu elmi əldə etmək insana veriləcək ən şərəfli hədiyyələrdəndir. Buna görə də peyğəmbər sallallahu aleyhi və səlləm bunları olduqca açıq-aydın izah etmiş və bunu etməyə çox həris olmuş, ehtimam göstərmişdir. Səhabələr bu məsələdə heç zaman ixtilaf etməmişdirlər.

2. Allahı tanımaq insanın Allahı sevməsinə və Ondan qoxmasına, Ona təvəkkül etməsinə, öz əməllərində Allaha qarşı səmimi olmasına gətirib çıxarır. Bu da qulun səadətinin əsasıdır. Allahı tanımaq yalnız Onun ən gözəl adlarını bilməklə və bu adların mənasını lazımı şəkildə anlamaqla hasil olur.

3. Allah Sübhənahu və Təalanın ən gözəl adlarını tanımaq insanın imanını artırır. Necə ki, Şeyx Abdurrəhman ibn Sadi (Allah ona rəhmət etsin) demişdir:”Allahın ən gözəl adlarına iman və onları tanımaq özündə Tövhidin bu üç növünü ehtiva edir:

Tövhid əl-Rububiyyə {Allahı Onun öz əməllərində təkləşdirmək-məs.yaratmaq, ruzi vermək, öldürmək, diriltmək, idarə etmək və s.}

Tövhid əl-Uluhiyyə {Qulun öz əməllərində Allahı təkləşdirməsi məs. (ibadətin bütün növləri-ixlas, namaz, zəkat, oruc, sədəqə, cihad, elm, qurban kəsmək, nəzir vermək və s.)}

Tövhid əl-Əsma vua əl-Sifət (Ən gözəl ad və sifətlər)

Tövhidin bu üç növü imanın ruhudur və fərəhidir (burada “sevinc, fərəh” kimi tərcümə olunan “ru`h” sözünün mənası “qəlbin sıxıntıdan azad olması, istirahət etməsi, dincəlməsi və əmin-aman olmasını” ifadə edir). Bu elm imanın əsli, əsası və qayəsidir. Qul Allahın ad və sifətləri haqqında nə qədər elmini artırarsa, imanı bir o qədər artar və onun yəqinliyi bir o qədər güclənər, qüvvətlənər”. (Əl-Tavdih vua əl-Bəyan li Şəcərət əl-İman, Şeyx Sadi səh.41).

4. Allah təala məxluqları Onu tanımaq və Ona ibadət etmək üçün yaratmışdır. Qullardan gözlənilən və onları etməsi tələb olunan məhz budur. Çünki, necə ki, İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “Peyğəmbərlərin dəvətin açarı, risalətinin məğzi Allahı Onun ad və sifətləri, əməlləri ilə yanaşı tanımaqdır. Çünki tələb olunan bu bünövrənin üzərində başlanğıcdan sona kimi risalətin digər hissələri bina edilir”. (Əl-Səvəiq əl-Mursələ alə əl-Cəhmiyyə vua əl-Muattıla, İbn Əl-Qeyyim, 1/150-151). Beləcə qulun özünü Allah tanımaqla məşğul etməsi insanın xəlq olunduğu məqsədi yerinə yetirməsi, lakin qulun bunu tərk etməsi, əhəmiyyət verməməsi, xəlq olunduğu məqsədə əhəmiyyət verməməsi, etinasız yanaşmasıdır. İmanın mənası Allahı tanımadan sadəcə sözləri tələffüz etməkdən ibarət deyil, çünki Allaha həqiqi imanın mənası qulun iman gətirdiyi Rəbbini tanıması və Allahı ad və sifətləri ilə tanımağa çalışması, səy göstərməsidir. Rəbbini tanıması nisbətində, imanı bir o qədər artır.

5. Allahın adları haqqında elm bütün elmlər üçün əsasdır. Necə ki, İbn əl-Qeyyim demişdir: “Allahın ən gözəl adları haqqında elm digər elmlər üçün əsasdır, çünk digər elm sahələrinin obyektləri ya xəlq olunmuşdur, ya da Allah tərəfindən əmr olunmuşdur (elmin digər sahələri ya Allah tərəfindən xəlq olunmuş şeylərdən bəhs edir və yaxud Onun tərəfindən nazil olan qanunlar, hidayət yolundan bəhs edir)”. Yaradılış və hidayətə dair dəlillər Onun ən gözəl adlarındadır. (Çünki O Xaliqdir, O əşyaları yaradır; çünki O doğru yola hidayət edəndir, O hidayəti nazil edir və s.)…Allahın ən gözəl adlarını tanımaq elmin bütün obyektləri, məqsədləri üçün əsasdır. Çünki elmin hamısı onun adlarından meydana gəlir, ona əsaslanır…” (Bədə`i əl-Fəvəid, İbn Əl-Qeyyim, 1/163)

Muhəmməd Saleh əl-Münəccid

Bənzər Məqalələr