featured-image-2669

Sual: Əssələmu aleykum. Qalstuk geymək barədə hökm nədir? Bəzi insanlar bunun haram olduğunu, digərləri isə haram olmadığını söyləyirlər. Zəhmət olmasa bu məsələni açıqlayardınız. Cəzaka Allahu xeyra.

Cavab:

Həmd Allaha məxsusdur.

Müsəlman bir şəxsdən gözlənilən görünüşündə, geyimində qeyri-müsəlman birindən fərqlənməkdir. Çünki, şəriətimizdə belə buyurulur. Həmçinin, müsəlman bir kəs kafirlərə xas, məxsus, onların fərqləndirici xüsusiyyətini əks etdirən hər hansı bir geyim geyməməlidir. Qalstuka gəldikdə, əgər bundan qaçına bilirsə, bunsuz alınırsa, bu daha yaxşıdır. Lakin, bunu geyməyə ehtiyac varsa, bu halda inşallah bir xəta yoxdur. Bununla belə, baxmalıdır ki, qalstuk təbii ipəkdən olmasın və üzərində xaç və ya canlı məxluqların şəkilləri olmasın. Ən doğrusunu Allah bilir.

Muhəmməd Saleh əl-Münəccid

Bənzər Məqalələr