featured-image-2629

Böhtanı məqbul kimsələr ar eyləsə olmazmı ki!?
Şeytana təhkim örünü dar eyləsə olmazmı ki!?

Allaha təslim olmağın İslamı olsaydı əgər,
İslamdakı təslimliyin var eyləsə olmazmı ki!?

Bir səcdəni ar bildiyindən səcdə etməz Allaha,
Eşqi-sücudu qəlbə təkrar eyləsə olmazmı ki!?

İslamə zidd hər xətti təsdiq eyləyən pak qəlblilər,
İslamə zidd bir xətti inkar eyləsə olmazmı ki!?

Beş-altı ev yapmış həci bir də baxa ətrafına,
İmkansıza əl tutsa, zəvvar eyləsə olmazmı ki!?

İfrat ilə təfrit üçün şövq eyləyər insan tamam,
Bir orta yollu fəhmi miqdar eyləsə olmazmı ki!?

Nəfsi üçün duasına səbr eyləməz gündüz-gecə,
Dua edən duadə israr eyləsə olmazmı ki!?

“Bunlar gözəldir” söyləyib, qatdın gözəl İslamıma,
“Hacət deyildir bunlar” iqrar eyləsə olmazmı ki!?

Hər bir əlavə iş olan naqisliyə nisbət gedir,
“Hacət deyil ziyadə”, təkrar eyləsə olmazmı ki!?

Xəlq oldu, naqisdir canın, naqislərə söz artırın,
Artırma kamil sözdə, əfkar eyləsə olmazmı ki!?

—————
SAHİB ƏBDÜSSƏLAM

2009. 20 mart

Bənzər Məqalələr

featured-image-3359

Ruhundan ayrı düşmüş hər bədən mənim qonağım, Qurdlara yem olacaqdır, inan, sənin yanağın. Gəzməyəcək yer üzündə daim sənin ayağın, Əcəl ilə sınar bir gün güvəndiyin dayağın. Gülüşlərin rahatlıq doldurur unutma […]
Daha ətraflı
featured-image-2912

Va lə iləhə illəllahul-vahidul-qahhər, Mömin o ki, etcək onu inkar görə münkər! Ulduz falı aydın sənə, azmışlara bağlı, Axmaq necə axmaq ki, veribdir buna ağlı. Ulduzlara uyğun guya tərtibli bu […]
Daha ətraflı