Tərk eyləmə şövqi-mənəviyyat,
Qəlblər pas atıb, daş olmayıb ki!?
Baxdıqca səni ağladan həyat,
Qəm-qüssənə sirdaş olmayıb ki!?

Ruh aləmi binamı olubdur?
İnsanlara səfamı olubdur?
Kirli bədən şəfamı olubdur?
Möminlərə qardaş olmayıb ki?

Səcdə et qəlbi pası silinsin,
Daş oldusa əsası, bilinsin,
Pak bildiyi qiyası bilinsin,
Şeytanlara yoldaş olmayıb ki?

Oyna, gecə qəflət ilə oyna,
Oyna, belə niyyət ilə oyna,
Oyna, hələ şəhvət ilə oyna,
Təqvasız üzün yaş olmayıb ki!

Zənn eyləmisən dünyada təksən,
Hər şübhənin əksin görəcəksən,
Öz nəfsinə bir gün deyəcəksən:
Məndə bir ömür baş olmayıb ki!

————-
SAHİB ƏBDÜSSƏLAM
2009. 5 aprel

Share Button
Tarix: 07.12.2009 | Oxunma sayı: 934 baxış