featured-image-2621

Sual: Mənim bacım Səudiyyədə işləyir və maaşının bir qismini pulun bir qismi mənim olduğundan sərmayə olaraq layihəyə yatırıb ana pul onda qalmaqla bu puldan mənə də qazanc vermək istəyir. Belə ki, mən ona borca pul vermişəm və o isə pulu sərmayə şəklində yatıracaq, lakin ərinin bundan xəbəri yoxdur. Bu cür etməklə bacım və yaxud mən haram bir iş edirikmi? Xahiş edirəm bizə bu barədə bildirəsiniz.

Cavab: Həmdü-sənalar Allaha məxsusdur.

Sərmayə şəklində yatırmaq məqsədilə sizə borca pul verməklə və ana sərmayə onda qalmaqla əldə olunacaq gəlirdən sizə də fayda verməsi şərtilə bu cür etməkə ona heç bir günah yazılmır. Lakin sərmayəni olduğu kimi (passiv) saxlamaqla yanaşı gəlirdə sizinlə pay sahibi olmaq istəyirsə, bu cür etmək icazəli deyil. Çünki, bu halda bu məsələ “fayda gətirən hər bir borc ribadır” başlığına daxil olur. Bacınızın ərinin sizə pul verməsi barədə bilməsi şərt deyil, çünki pul qadına məxsusdur və könül xoşluğu ilə özü vermədikcə ərinin bu pu vəsaiti üzərində heç bir təsərrüf hüququ yoxdur. Allah təala buyurur:

“Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!” [ən-Nisa 4:4]

Lakin xoş rəftar etmək baxımından, belə ki, kişilər ticarət işlərində daha təcrübəli və daha biliklidirlər, məsləhətdir ki, kişi zövcəsinin gördüyü iş barədə və ona məxsus mal-dövləti isifadəsi barədə ərinə xəbər versin.

Şeyx Abdullah ibn Cibrin demişdir:

Qadının özünə məxsus mülkü var və bunun üzərində sərəncam vermək hüququna sahibdir. Qadın bu malı hədiyyə verə, sədəqə verə, borclarını ödəyə, ona borclu olan tərəflərə borcunu keçə və ya istədiyi şəxsə istər qohumları, istərsə də digərləri olsun, özünün miras hüququndan keçə bilər. Qadın təcrübəli (yetkin) və sağlam düşüncəli isə ərinin onun işlərinə etiraz etmək hüququ yoxdur. Əri yalnız qadının icazəsi ilə ona məxsus mal-dövlət üzərində sərəncam verə bilər, əks halda bu icazəli deyil.

Müsəlman qadınlara dair fətvalar, 2/674
Ən doğrusunu Allah bilir.

Muhəmməd Saleh əl-Münəccid

Bənzər Məqalələr