SUAL: Salam aleykum. Bu sual bir dəfə basqası tərəfindən verilib, lakin cavabı başa düşməmişəm. İnsan surəsi 30-cu ayədə Allah belə bir mənada buyurur: “Allah istəməyincə siz istəyə bilməzsiniz.” Əgər biz bir şeyi istəməmişiksə, deməli Allah da istəməyib və əgər bir şeyi istəmişiksə, onu Allah da istəyib, elədirmi?

 

CAVAB: va aleykum Salam. Burada qəsd olunan budur ki, hər bir şey Allahın iradəsi/istəyi ilə baş verir. Allah icazə verməzsə, Onun yaratdıqları heç bir şey edə bilməz. Baş verənlərin hamısı Allahın izni ilə baş verir. Qəsd olunan o deyil ki, günahkar şəxs, bir günah edibsə, o günahı etməsini Allah istəyib və ya Allah bundan razıdır. Qəsd olunan budur ki, Allah buna imkan verib, bunun baş verməsini istəyib. Burada “istəyib” deyərkən, “bu əməli sevib, ondan razıdır” – deyə qəsd olunmur. Yəni, Uca Allah, bu işin baş verməsinə izn verib. Uca Allah, günahları sevməz, bəndələrinin günah etməsini istəməz. Lakin, hikmətindən və bəndənin də ona layiq olmasından dolayı – günahın da, xeyirli əməllərin də baş verməsinə izn verir. “Onun izni olmadan hətta bir yarpaq belə yerə düşməz..” (Quran, Ənam, 59) – ayəsindən anlayırıq ki, baş verən hər bir şey – mütləq Uca Yaradanın izni ilə baş verir, Allahın bir şeyin baş verməsinə izn verməsi – hər zaman ondan razı olması, sevməsi anlamına gəlməz. Xeyirli əməllərdən razı, pis əməllərdən isə narazıdır. Lakin, imtahan dünyası olduğuna görə, bəndəyə seçim verir və layiq olduğu əməlin baş verməsinə də izn verir. Daha doğrusunu Allah bilir.

 

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sual vermək üçün sayta daxil olub, “Sualını bizə göndər” bölümündən istifadə edə bilərsiniz.

Share Button
Tarix: 03.03.2020 | Oxunma sayı: 1. 941 baxış