Heraklis Konstantinopol istiqamətində səfə çıxmışdı.Səfər əsnasında müsəlmanların əlində əsir olan bir rus əsgər qaçaraq Heraklisin yanına gəldi.Heraklis ondan müsəlmanlar haqqında məlumat istədi.Əsgər sözə başlayaraq gördüklərini danışdı:

-Sənə onları gözlərinlə görürsənmiş kimi tanıdacağam.Onlar gündüzlər at belində olur,gecələr isə ibadət edirlər.Yolda kiməsə aid bir şey yeyərlərsə ,onun pulunu verirlər.Heç bir yerə salam vermədən girməzlər.Düşməni məğlub edənə kimi geri dönməzlər.

Bunu eşidən Heraklis dedi:

-Əgər düz deyirsənsə,onlar bu ayaq basdığım yerlərə də sahib olacaqlar.

———–
Ən Gözəl Hədiyyə
Mustafa Oğuz
Tərcümə:Aygün Məmmədova

Share Button
Tarix: 13.09.2009 | Oxunma sayı: 527 baxış