featured-image-2538

Sual: Oruc tutan insanın dişlərinin arasında yemək qırıntıları qalırsa və oruc tutan bunları udarsa bu orucu pozurmu?

Cavab: Həmd Allaha məxsusdur.

Əgər oruc tutan insan səhər durduqda dişlərinin arasında yemək qırıntılarının olduğunu hiss edərsə bunun onun orucuna təsiri yoxdur. Lakin bu yemək qırıntılarını yüngülcə tüpürərək bunları dişlərindən təmizləməlidir. Yemək qırıntılarını udmadığı müddətcə bunların onun orucuna təsiri yoxdur. Dişlərinin arasında qalan yemək qırıntılarını bilərəkdən udarsa bu onun orucunu pozur. Lakin bu barədə dini hökmü bilmədiyindən və yaxud unutqanlıqdan udarsa orucuna təsiri yoxdur. Müsəlman bir kəs yeməkdən sonra ağız və dişlərinin təmizliyinə fikir verməlidir, istər oruclu halda olsun, istər digər vaxtlarda. Çünki təmizlik dinimizdə müsəlman bir kəsdən tələb olunan bir şeydir.

“Fətvalar Məcmusu”, 2/401

Şeyx Saleh Fəuzan ali Fouzan

Bənzər Məqalələr