featured-image-2531

On bir ayın sultanı olan Ramazan ayı münasibəti ilə “islamevi” kollektivini,ziyarətçilərimizi , dinləyicilərimizi və bütün xalqımızı təbrik edirəm.Uca Allah hər kəsin ibadətini,istəyini və dualarını qəbul etsin.
Ramazan ayı rəhmət, məğfirət, bərəkət və sevgi ayıdır,duaların qəbul olduğu aydır.

Qüdsi bir hədisdə belə buyurulur:
“Ey Adəmoğlu! Sən mənə dua edib, bağışlamağıma ümid etdikcə, Mən səndən nə günah olsa bağışlayaram. Ey Adəmoğlu! Sənin günahın səmadakı buludlar qədər olsa, sonra mənə dönüb bağışlanma diləsən, yenə də səni bağışlayaram. Ey Adəmoğlu! Mənə yer dolusu səhvlə gəlsən, sonda heç bir şərik qoşmadan mənə qovuşsan, səni yer dolusu məğfirətimlə qarşılarım.” (ət-Tirmizi.)

Dəyərli Bacı və Qardaşlarım! Sevincləri və hüznləri ilə dünya sona çatacaq. Uzun və qısası ilə ömürlər bitəcək. İnsanlar, sən də aralarında olduğun halda, RƏBB`lərinə dönəcək. Ramazanı səbirsizliklə gözləyərkən, əcəli gələn nə çox insan vardır! Ramazanda çoxlu saleh əməl işləyək! Uzun bir müddətdən sonra yenə də Ramazan gəldi.! Hər cür günahdan, qüsur və xətadan tövbə edərək, mərhəmət sahibi və tövbələri qəbul edən ALLAH`a dönək!

Bir daha sizləri təbrik edirəm.Ramazan ayınız mübarək olsun və bütün günlərimiz ramazam kimi bərəkətli və xeyrli olsun.
Amin.
———
Yaşar Qurbanov
“İslam Dünyası” proqramının müəllifi
“İslamevi.az” saytının redaktoru

Bənzər Məqalələr