featured-image-2530

-Əgər namaz qılan şəxs rəbbinin sonsuz mərhəmətinin onun üzərinə necə şamil
olunduğunu bilsəydi heç vaxt başını səcdədən ayırmazdı.
-Oruc yalnız yemək içməkdən qalmaq deyildir bu həmdə Allahın xoşu gəlmədiyi bütün
şeylərdən uzaq qalmaq deməkdir.

-Həcc yolunda sərf olunan bir dirhəm 1000 dirhəmə bərabərdir.
-Allahın rəhməti onu yad etməklə nazıl olar.
-Dua vasitəsilə bəla aradan qalxar.
-Ən şiddətli cəza yaxşılıq müqabilində pislik edən insana çatacaq.
-Din qardaşı ac olan halda mömin tox olmaz.
-izzət istəyirsənsə onu Allaha itaətdə axtar.
-Həcc qəlblərə rahatlıq gətirər.
-Nəfs mübarizə ilə iflas olunar.
-Cənnətin qiyməti saleh və yaxşı əməldir.
-Ağlın zəkatı cahillərə dözməkdir.
-Həya gözəldir qadınlarda daha gözəldir.
-Allahın əmrlərinə itaət etməklə özüvüzü rəhmətə qovuşdurun.
-Möminin sevinci üzündə,qüdrəti dinində,kədəri qəlbindədir.
-Müsibətlərin böyüyü cəhalətdir.
-İnsanların ən yaxşısı öz eybini görüb başqalarının eybinə kor olan şəxsdir.
-İslama zəiflik gətirmədiyi halda mən sülhü müharibədən daha üstün bilərəm.

————-
Tamilla G.Mirzoyeva

Bənzər Məqalələr