Hər han­sı bir in­sa­nın hə­rə­kət­lə­ri, ye­ri­nə ye­tir­dik­lə­ri və im­ti­na et­dik­lə­ri onun ağ­lı­nın gös­tə­ri­ci­si, qəl­bi­nin qa­bi­liy­yət aça­rı­dır: Əbu Bəkr əs-Sid­diqin -radiyallahu anh- qı­zı, mö­min­lə­rin ana­sı Ai­şə -radiyallahu anhə- Pey­ğəm­bə­rin -səl­lallahu aleyhi və səlləm- əx­la­qı­na ən ya­xın­dan bə­ləd olan, onun hə­ya­tı­nı ən in­cə­li­yi­nə qə­dər nəql edən in­san­dır. Çün­ki Pey­ğəm­bər (s.ə.v.) ya­tar­kən, oyaq olar­kən, sağ­lam və ya xəs­tə ol­du­ğu za­man, sa­kit və ya əsə­bi ol­du­ğu za­man ona çox ya­xın ol­muş­dur… Mö­min­lə­rin ana­sı Ai­şə —ra­di­yal­la­hu anhə- de­yir ki: “Rə­su­lul­lah (s.ə.v.) nə bir pis söz de­yir, nə pis iş gö­rür, nə də bu əməl­lə­rə meyl gös­tə­rir­di. Dü­kan-ba­zar­da yük­sək səs­lə da­nış­maz, pis­li­yə pis­lik­lə ca­vab ver­məz, ək­si­nə, əfv edib ba­ğış­la­yar­dı” (Əh­məd).

Be­lə­lik­lə, ila­hi tə­rə­fin­dən bir rəh­mət və çox bö­yük bir ne­mət olan bu üm­mə­tin Pey­ğəm­bə­ri­nin (s.ə.v.) əx­la­qı bu idi. Nə­və­si Hü­seyn -radiyallahu anh- bi­zə onun nü­mu­nə­vi əx­la­qı­nı bu söz­lə­ri ilə qis­mən də ol­sa be­lə nəql edir: “Mən atam­dan Pey­ğəm­bə­rin (s.ə.v.) otu­rub-dur­du­ğu in­san­lar­la ne­cə rəf­tar et­mə­si haq­qın­da so­ruş­dum. O, bu ca­va­bı ver­di: “Pey­ğəm­bər (s.ə.v.) da­im gü­lə­rüz idi. Mü­la­yim xa­siy­yət­li, baş­qa­la­rı­na qar­şı sərt rəf­tar et­mə­yən in­san idi. Ko­bud, sərt, çı­ğır-ba­ğır sa­lan bir in­san ol­ma­dı­ğı üçün nə kim­sə­ni təh­qir et­məz­di, nə də xə­sis de­yil­di. Xoş­la­ma­dı­ğı bir şey gör­dü­yü za­man özü­nü gör­mə­məz­li­yə vu­rar, on­dan bir şey is­tə­yən in­sa­nı ümid­siz bu­rax­maz, ümi­di­ni bo­şa çı­xar­maz­dı. Öz nəf­si ilə bağ­lı bu üç cə­hət­dən im­ti­na et­miş­di: ri­ya­kar­lıq­dan, çox şe­yi tə­ləb et­mək­dən və onu ma­raq­lan­dır­ma­yan şey­lər­dən. İn­san­lar­la bağ­lı da bu üç cə­hət­dən im­ti­na et­miş­di: heç ki­mə nif­rət et­məz, heç ki­mi təh­qir et­məz, onun qü­su­ru­nu üzə çı­xar­maz­dı. Sa­vab əl­də et­mə­yə ümid bəs­lə­mə­di­yi hal­da da­nış­maz­dı. O, da­nış­dı­ğı za­man onun ət­ra­fın­da otu­ran­lar baş­la­rı­nın üzə­rin­də san­ki quş var­mış ki­mi sa­kit və hə­rə­kət­siz otu­rar, baş­la­rı­nı ön­lə­ri­nə əyər­di­lər. Yal­nız o, sus­du­ğu za­man baş­qa­la­rı da­nı­şar­dı. Onun ya­nın­da bi­ri di­gə­ri­nin sö­zü­nü kəs­məz­di. Ya­nın­da da­nı­şan ada­mı sö­zü­nü bi­ti­rə­nə qə­dər din­lə­yər­di. Da­nı­şan­lar ara­sın­da ilk da­nış­ma­ğa baş­la­ya­nı din­lə­yər­di. İn­san­la­rın gül­dü­yü­nə o da gü­lər, tə­əc­cüb et­di­yi­nə o da hey­rət­lə­nər­di. Yad in­san­la­rın da­nı­şıq­la­rın­da­kı və su­al­la­rın­da­kı ko­bud­lu­ğa dö­zər­di. Hət­ta sə­ha­bə­lə­ri də onun gəl­mə­si­ni (Pey­ğəm­bə­rə (s.ə.v.) bil­mə­dik­lə­ri haq­qın­da su­al ver­mə­yi­ni) is­tə­yir­di­lər. O, “Bir in­sa­nın bir şe­yə eh­ti­ya­cı ol­du­ğu­nu gör­sə­niz, siz də ona kö­mək edin” de­yər­di. Ona bir yax­şı­lıq et­di­yi üçün hə­min in­sa­na mü­ka­fat və əvəz ver­mək məq­sə­di­lə onu tə­rif­lə­yən­lər­dən baş­qa di­gər tə­rif­lə­ri qə­bul et­məz­di. Həd­di aş­ma­yan bir kim­sə­nin sö­zü­nü kəs­məz­di. Əgər hə­min in­san həd­di aşar­dı­sa, sö­zü­nü sax­la­ma­sı­nın la­zım­lı­lı­ğı­nı de­yir və ya du­rub get­mək­lə da­nı­şı­ğı­nı kə­sir­di” (Tir­mi­zi).

Bu üm­mə­tin Pey­ğəm­bə­ri­nin (s.ə.v.) bir-bi­ri­nin ar­dın­ca sı­ra­la­nan gö­zəl xü­su­siy­yət­lə­ri və xa­rak­ter­lə­ri haq­qın­da yax­şı­ca dü­şü­nək… Biz də bun­la­rın ar­dın­ca (on­la­ra sa­hib ol­maq məq­sə­di­lə) ge­dək və bu xü­su­siy­yət­lə­ri mə­nim­sə­mək məq­sə­di­lə öz nəf­si­miz­lə mü­ba­ri­zə apa­raq. Çün­ki bü­tün xe­yir­lər məhz bun­da­dır.

Pey­ğəm­bə­rin (s.ə.v.) nü­mu­nə­vi xa­rak­ter­lə­rin­dən bi­ri də məc­lis­də otu­ran­la­ra öz di­ni­ni öy­rət­mə­si idi… Bu haq­da o, be­lə bu­yur­muş­dur: “Kim Al­lah­dan baş­qa­sı­na şə­rik qo­şa­raq ölər­sə, cə­hən­nə­mə da­xil olar” (Bu­xa­ri). Pey­ğəm­bə­rin (s.ə.v.) bu­yur­du­ğu söz də hə­min qə­bil­dən­dir: “Əsl mü­səl­man mü­səl­man­la­ra di­li və əli ilə zə­rər ver­mə­yən in­san, mü­ha­cir isə Al­la­hın qa­da­ğan et­dik­lə­rin­dən uzaq olan in­san­dır” (Bu­xa­ri və Müs­lim).

Ye­nə də Pey­ğəm­bər (s.ə.v.) bu­nun­la bağ­lı be­lə bu­yur­muş­dur: “Qa­ran­lıq­da məs­cid­lə­rə ge­dən in­san­la­ra qi­ya­mət gü­nün­də əs­kik­siz nu­ra qərq ola­caq­la­rı müj­də­si­ni ve­rin” (Tir­mi­zi və Əbu Da­vud).

Baş­qa bir hə­di­sin­də isə be­lə bu­yu­rur: “Müş­rik­lə­rə qar­şı mal­la­rı­nız, can­la­rı­nız və dil­lə­ri­niz­lə ci­had edin” (Əbu Da­vud).

Ye­nə də Pey­ğəm­bə­ri­mi­zin (s.ə.v.) be­lə bu­yur­du­ğu rə­va­yət edil­miş­dir: “Bən­də bə­zən dü­şün­mə­dən de­di­yi sö­zə gö­rə şərq və qərb ara­sın­da­kı mə­sa­fə­dən də bö­yük bir mə­sa­fə qə­dər cə­hən­nəm­də aşa­ğı­ya enər” (Bu­xa­ri və Müs­lim).

Baş­qa bir hə­di­sin­də isə be­lə bu­yu­rur: “Mən lə­nət oxu­yan bir in­san ki­mi gön­də­ril­mə­dim, ək­si­nə, rəh­mət ola­raq gön­də­ril­dim” (Müs­lim).

Ömər­dən -radiyallahu anh- edi­lən rə­va­yə­tə gö­rə, Rə­su­lul­lah (s.ə.v.) be­lə bu­yur­muş­dur: “Xris­ti­an­la­rın Mər­yəm oğ­lu­nu tə­rif­də həd­di aş­dıq­la­rı ki­mi siz də mə­ni tə­rif­lə­mək­də həd­di aş­ma­yın” (Bu­xa­ri və Müs­lim).

Cun­dub ibn Ab­dul­la­hın be­lə de­di­yi rə­va­yət edil­miş­dir: “Mən Pey­ğəm­bə­rin (s.ə.v.) və­fa­tın­dan beş gün əv­vəl be­lə bu­yur­du­ğu­nu eşit­dim: “Mə­nim ara­nız­da bir xə­li­li­min (ya­xın dos­tu­mun) ol­ma­dı­ğı­nı Al­la­ha bil­di­ri­rəm. Çün­ki şüb­hə­siz ki, Al­lah İb­ra­hi­mi ya­xın dost qə­bul et­di­yi ki­mi mə­ni də Özü­nə dost ola­raq qə­bul et­miş­dir. Və əgər üm­mə­tim ara­sın­dan özü­mə ya­xın dost seç­mə­li ol­say­dım, Əbu Bək­ri se­çər­dim. Diq­qət­li olun, siz­dən əv­vəl­ki­lər pey­ğəm­bər­lə­ri­nin qə­bir­lə­ri­ni məs­ci­də çe­vir­miş­di­lər. Diq­qət­li olun, qə­bir­lə­ri məs­ci­də çe­vir­mə­yin. Mən si­zə bu­nu qa­da­ğan edi­rəm” (Müs­lim).

Bu­na gö­rə də içə­ri­sin­də qə­bir və ya qə­bir­lər olan məs­cid­lər­də na­maz qıl­maq şir­kə sə­bəb olan bir yol­dur və əs­la doğ­ru de­yil­dir”.

————–
Peyğəmbərimizi -Sallallahu Aleyhi Vaə Səlləm- tanıyırıqmı?
Əb­dül Ma­lik ibn Muhəmməd ibn Əb­dür­rəh­man əl-Qa­sım
Çevirən:Məhəmməf Qənbəroğlu

Share Button
Tarix: 27.07.2009 | Oxunma sayı: 808 baxış