İn­sa­nın gö­zəl əx­la­qı­nı, yük­sək ədə­bi­ni, xoş gü­zə­ra­nı­nı, hə­yat tər­zi­ni və tə­miz ru­hu­nu ay­dın şə­kil­də bil­di­rən hə­qi­qi me­yar onun evi­dir. Çün­ki ota­ğın­da, di­var­la­rın ar­xa­sın­da onu heç bir in­san gör­məz. Kö­lə­si, qul­luq­çu­su və ya xa­nı­mı ilə bir­lik­də ol­du­ğu za­man xa­rak­te­ri­nə gö­rə sü­ni­li­yə yol ver­mə­dən, gö­zəl gö­rün­mək ar­zu­su­na qa­pıl­ma­maq üçün im­ka­nı da­xi­lin­də sa­də hə­rə­kət edər… Bu­nun­la ya­na­şı, o, bu evin həm baş­çı­sı, həm ix­ti­yar sa­hi­bi, həm də qa­da­ğa qo­ya­nı­dır… Əli­nin al­tın­da olan bü­tün in­san­lar güc­süz­dür… İn­di bu üm­mə­tin Rə­su­lu (s.ə.v.), baş­çı­sı və mü­əl­li­mi­nin və­ziy­yə­ti­ni diq­qət­lə izah edək. O, be­lə bö­yük və­zi­fə­də, be­lə bir yük­sək mər­tə­bə­də ol­maq­la ya­na­şı evin­də ne­cə idi?

Ai­şə -radiyallahu anhə-­ya be­lə bir su­al ver­di­lər: “Rə­su­lul­lah (s.ə.v.) evin­də nə edir­di?” Be­lə ca­vab ver­di: “O da adi in­san­lar­dan bi­ri idi. Pal­ta­rı­nı tə­miz­lə­yər, qo­yu­nu­nu öz əli ilə sa­ğar, öz işi­ni özü gö­rər­di” (Əh­məd və Tir­mi­zi “Şə­ma­il”də rə­va­yət et­miş­lər).

O uca Pey­ğəm­bər (s.ə.v.) sa­də­li­yin və tə­kəb­bür gös­tər­mə­mə­yin, lov­ğa­lan­ma­ma­ğın, baş­qa­la­rı­na yük ol­ma­ma­ğın nü­mu­nə­si idi. Onun (s.ə.v.) in­san­lar­la mü­na­si­bə­ti çox gö­zəl, qar­şı­lıq­lı yar­dım­laş­ma­sı çox yük­sək sə­viy­yə­də idi. İs­lam di­ni­nin nu­ru­nun pa­rıl­da­dı­ğı o mü­ba­rək ev­də qar­nı­nı do­yur­maq üçün bir şey tap­ma­yan Adəm oğul­la­rın­dan ən üs­tü­nü heç be­lə edər­di­mi?

Nu­man ibn Bə­şir -radiyallahu anh- Rə­su­lul­lah­dan -səl­lal­­lahu aleyhi və səlləm- -qü­sur­suz dua və ən tə­miz sa­lam­lar onun üzə­ri­nə ol­sun- bəhs edər­kən bun­la­rı de­yir: “And ol­sun ki, mən Pey­ğəm­bə­ri­mi­zi hət­ta qar­nı­nı do­yu­ra­caq qə­dər adi xur­ma tap­ma­dı­ğı­nı da gör­düm” (Müs­lim).

Ai­şə -radiyallahu anhə- de­di ki: “Biz, Muhəmmədin xa­nım­la­rı hət­ta elə olur­du ki, bir ay müd­də­tin­də (ye­mək bi­şir­mək üçün) ocaq yan­dır­maz­dıq. Bü­tün ye­yib-iç­mə­yi­miz yal­nız xur­ma və su­dan iba­rət olur­du” (Bu­xa­ri).

Pey­ğəm­bə­ri (s.ə.v.) Al­la­ha iba­dət­dən və ita­ət­dən çə­kin­di­rə­cək, məş­ğul edə­cək heç bir şey yox idi: o, (s.ə.v.) mü­əz­zi­nin “Hay­yə aləs-sa­ləh, hay­yə aləl-fə­ləh” ça­ğı­rı­şı­nı eşit­di­yi za­man dər­hal tə­lə­sir və bü­tün dün­ya iş­lə­ri­ni bir tə­rə­fə bu­ra­xıb na­ma­za ge­dir­di.

Əs­vəd ibn Yə­zi­din be­lə de­di­yi rə­va­yət edil­miş­dir: “Ai­şə -radiyallahu anhə-­dan so­ruş­dum: “Pey­ğəm­bər (s.ə.v.) evin­də nə edir­di?” Be­lə de­di: “O, ai­lə­si­nin iş­lə­ri­ni gö­rür­dü. Aza­nı eşit­di­yi za­man çı­xıb ge­dər­di”” (Müs­lim).

Pey­ğəm­bə­rin (s.ə.v.) fərz na­ma­zı­nı öz evin­də qıl­ma­sı tam doğ­ru rə­va­yət de­yil. O, bu­nu yal­nız ölü­mü­nə sə­bəb olan xəs­tə­li­yi ağır­laş­dı­ğı və hə­ra­rə­ti yük­sə­lib ev­dən ba­yı­ra çı­xa bil­mə­di­yi is­tis­na hal­lar­da et­miş­di.

O, üm­mə­ti­nə ol­duq­ca mər­hə­mət­li və şəf­qət­li mü­na­si­bət gös­tər­mək­lə ya­na­şı ca­ma­at­la bir­lik­də na­maz qıl­ma­yan in­san­lar haq­qın­da ağır ifa­də­lər iş­lə­də­rək be­lə bu­yur­muş­du: “Öz-özü­mə be­lə fi­kir­ləş­dim: “Əmr ve­rim na­maz üçün qa­mət gə­ti­ril­sin, son­ra da bir ada­ma ca­maa­ta na­maz qıl­dır­ma­sı­nı əmr edim. Son­ra çiy­nin­də odun şə­lə­lə­ri olan bə­zi in­san­lar­la ge­də­rək ca­ma­at­la na­ma­za gəl­mə­yən adam­la­rın öz­lə­ri də için­də olar­kən ev­lə­ri­ni yan­dı­rım” (Bu­xa­ri və Müs­lim).

Bu­nun ye­ga­nə sə­bə­bi na­ma­zın ca­ma­at­la qı­lın­ma­sı­nın əhə­miy­yə­ti və bö­yük­lü­yü­dür. Pey­ğəm­bər -səllallahu aleyhi və səl­ləm- be­lə bu­yur­muş­dur: “Kim aza­nı eşit­di­yi za­man o ça­ğı­rı­şa ca­ma­at­la bir­lik­də gəl­məz­sə – müs­təs­na və­ziy­yət­lər xa­ri­cin­də – o in­sa­nın na­ma­zı ol­maz” (İbn Ma­cə, İbn Hib­ban). Bu­ra­da­kı müs­təs­na hal isə qor­xu və ya xəs­tə­lik­dir.

Bu gün xa­nım­la­rı­nın ya­nın­da na­maz qı­lıb məs­cid­lə­rə gəl­mə­yən­lər ha­ra, xəs­tə­lik və ya qor­xu sə­bə­bi ha­ra?

———–
Peyğəmbərimizi -Sallallahu Aleyhi Vaə Səlləm- tanıyırıqmı?
Əb­dül Ma­lik ibn Muhəmməd ibn Əb­dür­rəh­man əl-Qa­sım
Çevirən:Məhəmməf Qənbəroğlu

Share Button
Tarix: 27.07.2009 | Oxunma sayı: 663 baxış