İca­zə ve­ril­di və bu üm­mə­tin Pey­ğəm­bə­ri­nin (s.ə.v.) evi­nin or­ta­sın­da ye­ri­mi­zi tut­duq. Ət­ra­fa göz gəz­di­rək və əs­ha­bi-ik­ram bi­zə bu evin hə­qi­qi gö­rü­nü­şü­nü, ora­da­kı dö­şək, ava­dan­lıq, va­si­tə və baş­qa­la­rı­nı ol­du­ğu ki­mi bil­dir­sin.

Biz bi­li­rik ki, otaq­la­ra, ev­lə­rə gə­li­şi­gö­zəl bax­ma­maq, on­la­ra göz gəz­dir­mə­mək la­zım­dır. La­kin biz ta­be ol­maq və hə­min yol­la get­mək məq­sə­di­lə bu də­yər­li ev­də olan bə­zi şey­lə­ri gör­mək is­tə­yi­rik. Bu, tə­mə­lin­də sa­də­lik və sər­ma­yə­si iman olan bir ev­dir… Onun di­var­la­rın­da bu gün çox­la­rı­nın as­dı­ğı can­lı su­rət­lər (can­lı­la­rın şə­kil­lə­ri) yox­dur. Çün­ki Rə­su­lul­lah (s.ə.v.) be­lə bu­yur­muş­dur: “İçə­ri­sin­də it­lər və ya­xud su­rət­lər olan bir evə mə­lək­lər da­xil ol­maz” (Bu­xa­ri).

Da­ha son­ra Rə­su­lul­la­hın (s.ə.v.) gün­də­lik is­ti­fa­də et­di­yi bə­zi şey­lə­ri gör­mək üçün ət­ra­fa nə­zər sa­laq. Sa­bi­tin be­lə de­di­yi rə­va­yət edil­miş­dir: “Ənəs ibn Ma­lik bi­zə də­mir­lə bağ­lan­mış tax­ta bir ka­sa gə­tir­di: “Ey Sa­bit” de­di. “Bu, Rə­su­lul­la­hın (s.ə.v.) ka­sa­sı idi” (Tir­mi­zi).

Ənəs -radiyallahu anh-­dan rə­va­yət edil­di­yi­nə gö­rə, Rə­su­lul­lah (s.ə.v.) bir şey iç­di­yi za­man üç də­fə nə­fəs alır­dı (Bu­xa­ri və Müs­lim). Yə­ni içib qa­bı ağ­zın­dan çək­dik­dən son­ra nə­fəs alır­dı.

Pey­ğəm­bər (s.ə.v.) su içər­kən qa­bın için­də nə­fəs alın­ma­sı­nı və ya onun üf­lən­mə­si­ni qa­da­ğan et­miş­dir (Tir­mi­zi).

Rə­su­lul­la­hın (s.ə.v.) ci­had­la­rın­da, dö­yüş sa­hə­lə­rin­də, mü­ba­ri­zə gün­lə­rin­də ge­yin­di­yi zi­re­hi isə yə­qin ki, ev­də yox­dur… Rə­su­lul­lah (s.ə.v.) bu zi­re­hi bir yə­hu­di­dən borc al­dı­ğı otuz sa (öl­çü va­hi­di­dir) əvə­zin­də gi­rov qoy­muş­du. Ai­şə -radiyallahu anhə-­nın da de­di­yi ki­mi (Bu­xa­ri, Müs­lim), Rə­su­lul­lah (s.ə.v.) və­fat et­di­yi za­man zi­re­hi hə­min yə­hu­di­də idi.

Pey­ğəm­bər səl­lal­la­hu aley­hi va səl­ləm ai­lə­si­nin ya­nı­na -on­­la­rın xa­in­lik­lə­rin­dən çə­ki­nir­miş ki­mi- qə­fil­dən gir­məz­di. La­kin xa­nım­la­rı onun gə­lə­cə­yi­ni bil­dik­lə­ri za­man yan­la­rı­na ge­dər, on­la­ra sa­lam ve­rər­di.(İb­nul Qay­yim, “Za­dul-Mə­ad”, II, 381.)

İn­di də təd­qi­qe­di­ci bir nə­zər və ayıq-sa­yıq bir qəlb­lə Rə­su­lul­la­hın (s.ə.v.) bu hə­di­si üzə­rin­də dü­şü­nək: “İs­la­ma hi­da­yət olu­nan və gü­zə­ra­nı ye­tə­rin­cə olub bu­nun­la qə­na­ət­lə­nən bən­də ne­cə də xoş­bəxt­dir!” (Tir­mi­zi).

Baş­qa bir ge­niş hə­di­sə də diq­qət ye­ti­rək: “Kim oğul-uşa­ğı ara­sın­da əmin-aman­lıq için­də, cis­mən sağ­lam ol­du­ğu, o gün üçün azu­qə­nin ol­du­ğu hal­da sə­hə­rə çı­xar­sa, san­ki hə­min in­sa­na dün­ya­nın hər şe­yi ve­ril­miş­dir” (Tir­mi­zi).

———-
Peyğəmbərimizi -Sallallahu Aleyhi Vaə Səlləm- tanıyırıqmı?
Əb­dül Ma­lik ibn Muhəmməd ibn Əb­dür­rəh­man əl-Qa­sım
Çevirən:Məhəmməf Qənbəroğlu

Share Button
Tarix: 27.07.2009 | Oxunma sayı: 584 baxış