Rə­su­lul­lah (s.ə.v.) və onun bə­zi xü­su­siy­yət­lə­ri ilə ta­nış ol­duq­dan son­ra in­di də onun da­nı­şı­ğı­na və söz­lə­ri­nə diq­qət ye­ti­rək. Da­nı­şı­ğı­nın əsas xü­su­siy­yət­lə­ri nə­lər­dir və ne­cə da­nı­şır­dı? Hər şey­dən əv­vəl Rə­su­lul­la­hı (s.ə.v.) din­lə­yən­lə­rin nəql et­dik­lə­ri­nə qu­laq asaq… Həz­rə­ti Ai­şə -radiyallahu anhə- de­di ki: “Rə­su­lul­lah (s.ə.v.) si­zin ki­mi sü­rət­lə da­nış­maz­dı. O, çox açıq-ay­dın və ya­nın­da otu­ra­nın açıq ba­şa dü­şə­cə­yi şə­kil­də da­nı­şır­dı” (Əbu Da­vud).

Pey­ğəm­bər (s.ə.v.) mü­la­yim bir in­san idi. De­di­yi sö­zün ay­dın ol­ma­sı­nı is­tə­yir­di. Üm­mə­ti­nə həd­siz bağ­lı ol­du­ğu­na gö­rə in­san­lar ara­sın­da­kı fər­qi, on­la­rın an­la­ma və qav­ra­ma sə­viy­yə­lə­ri­ni nə­zə­rə alır­dı… Bu hal onun -səl­lallahu aleyhi və səlləm- ol­duq­ca hə­lim (in­san­la­rın ver­di­yi çə­tin­lik­lə­rə döz­mək) və səbr­li ol­ma­sı­nı tə­ləb edir.

Ai­şə -radiyallahu anhə- de­di ki: “Rə­su­lul­la­hın -səl­la­l­la­hu aleyhi və səlləm- da­nı­şı­ğı açıq-ay­dın idi. Din­lə­yən hər bir in­san onu ba­şa dü­şür­dü” (Əbu Da­vud).

Rə­su­lul­la­hın (s.ə.v.) söz­lə­ri­ni ay­dın ol­maq üçün bir ne­çə də­fə tək­rar­la­dı­ğı­nı dü­şü­nə­rək onun (s.ə.v.) nə qə­dər mü­la­yim, nə qə­dər ge­niş qəlb­li və dö­züm­lü ol­du­ğu­nu dərk et­mə­yə ça­lı­şaq…

Ənəs ibn Ma­lik -radiyallahu anh- de­di ki: “Rə­su­lul­lah (s.ə.v.) de­dik­lə­ri­nin ay­dın ol­ma­sı üçün on­la­rı üç də­fə tək­rar edir­di” (Bu­xa­ri).

Pey­ğəm­bər (s.ə.v.) in­san­lar­la za­ra­fat­la­şar, on­la­ra çə­tin an­la­rın­da tə­səl­li ve­rər­di. Çün­ki bə­zi­lə­ri hey­bə­tə və qor­xu­ya qa­pı­la bi­lər­di­lər.

İbn Mə­sud -radiyallahu anh- de­di ki: “Bir in­san Rə­su­lul­la­hın (s.ə.v.) ya­nı­na gəl­di. Onun­la da­nış­dı, hə­min adam tit­rə­mə­yə baş­la­dı. Pey­ğəm­bər (s.ə.v.) ona be­lə de­di: “Sa­kit ol, mən hökm­dar de­yi­ləm. Mən qu­ru­dul­muş ət ye­yən bir qa­dı­nın oğ­lu­yam, vəs­sa­lam” (İbn Ma­cə).

——————
Peyğəmbərimizi -Sallallahu Aleyhi Vaə Səlləm- tanıyırıqmı?
Əb­dül Ma­lik ibn Muhəmməd ibn Əb­dür­rəh­man əl-Qa­sım
Çevirən:Məhəmməf Qənbəroğlu

Share Button
Tarix: 27.07.2009 | Oxunma sayı: 608 baxış